Həmin həbsxanada bir həftədən çox qaldım. Orada saqqalımı da qırxdılar. Üzüm ilk dəfə idi qırxılırdı. Sonrakı həbslərdə bir dəfə də eyni taleyi yaşadım. 73
Həmin həbsxanada bir həftədən çox qaldım. Orada saqqalımı da qırxdılar. Üzüm ilk dəfə idi qırxılırdı. Sonrakı həbslərdə bir dəfə də eyni taleyi yaşadım. 73
Eşitmişdim ki, düşərgələrdə üzü quru-quru, su və sabunsuz qırxırlar və ağrısı çox olur. Odur ki Bircənd-Məşhəd yolunda o qorxulu ana və üzümün ağrısına hazırlaşırdım. Saqqalı qırxmaq vaxtı gəldi. Bir dəllək içəri girdi. Həyəcanla ona baxırdım. Çantasını açıb bir üzqırxan maşın çıxardı. Maşını görüb rahat nəfəs aldım, bildim ki, düşündüyüm kimi olmayacaq. 73
Ondan sonra dəstəmaz almağa icazə istədim. İki hərbçi ilə getməyimə icazə verdilər. Orada həyasızlığı ilə məşhur olan gənc bir zabit vardı. Yolda məni görüb uzaqdan istehza ilə dedi: "A şeyx, saqqalını qırxdılar?!" Cəld cavab verdim: "Bəli, şükür Allaha, uzun zaman idi çənəmi görmürdüm". Beləliklə, ona sevinmə şansı vermədim. 73
Həbs olunandan üç gün sonra bir zabit zindana gəlib dedi: "Sabah azadlığa buraxılacaqsan". Təəccüblənib öz-özümə düşündüm ki, yəqin dostlardan biri vasitəçilik edib. Bu fikirlə Quranı açdım və bu ayə ilə rastlaşdım: "Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər".Günlər ötdü və mən azadlığa çıxmadım. 73
Yasin, 50. 74
Orada çox qalmasam da, olduqca qorxunc idi. İlk həbs təcrübəm hesab olunurdu. O günlərdə ölkədə qanlı hadisələr baş verirdi, İslam hərəkatı və müsəlman təbliğatçılar hər yerdə təhlükə altında idilər, hakimiyyət rəhmsizcəsinə hamını əzirdi. Lakin Allah sıxıntıdan sonra rahatlığın yaranmasını istəyirmiş. Həbs müddəti səkkiz-doqquz gün çəkdi, ondan sonra digər dustaqlarla birgə azadlığa çıxdıq. 74
Azadlığın ilk günü yadımdan çıxmaz. İyun ayının ortaları, ilin ən uzun günlərindən biri idi. Axşamüstü bir zabit yanımıza gəlib azad olunduğumuzu söylədi. Əşyalarımızı toplayıb otaqlarımızda oturduq. Sonra bizi otaqların arasından keçən dəhlizə topladılar, zindanın qapısını açıb dedilər ki, gedin. Bu şəkildə, heç bir qeydiyyat aparılmadan, anket doldurmadan oradan çıxıb bir-birimizlə sağollaşdıq. Mən oradan evimizə qədər çox da uzun olmayan yolu iti addımlarla getməyə başladım. 74
Yolda mənə xüsusi bir hiss hakim oldu. Bu hiss sevinc, qorxu və xəcalətin qarışığından ibarət idi. Saqqalımın qırxıldığına görə utanır, valideynlərimin siyasi işlərə qarışdığıma görə məni qınayacaqlarından qorxurdum. 74
Evdə məni olduqca səmimi qarşıladılar, azadlığa çıxdığıma görə sevindilər. Oturub çay içəndə anamın mənə dediyi ilk sözü bu oldu: "Allah yolunda bu işləri gördüyünə görə sənin kimi oğulla fəxr edirəm". Rahat nəfəs alıb Allaha şükür etdim. Anamın bu sözü mənim sonrakı fəaliyyətlərimə stimul verdi. 74