Mirvariyə çevrilən ürək qanı


Səkkizinci fəsil: Qızıl qala 75



Yüklə 1,52 Mb.
səhifə163/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   159   160   161   162   163   164   165   166   ...   239
Səkkizinci fəsil: Qızıl qala 75

Mən ilk dəfə 1963-cü ildə, ikinci dəfə isə 1964-cü ilin əvvəllərində həbs olundum. 75

Zahidana getmək qərarına gələndən sonra Quranla istixarə etdim və bu ayə ilə rastlaşdım: " Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bəzi işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda haqq gəldi və Allahın əmri aşkar oldu". Açdığım səhifə "alt-üst etmişdilər" sözləri ilə başlayırdı. Bundan başa düşdüm ki, Zahidandakı işim çətin olacaq, amma inşallah, uğurla başa çatacaq. Düşündüyüm kimi də oldu. 75

Tövbə, 48. 75



Zahidanda heç kimi tanımırdım. Ağa Kəfəminin orada olduğunu bilirdim. O, bölgənin dəyərli ruhanisi idi. Məşhədə ağa Milaniyə məktub yazıb ondan məni ağa Kəfəmiyə təqdim və lazım olduqda, mənimlə əməkdaşlıq etməsini tapşırmasını istəmişdim. 75

Ayətullah Məhəmmədrza Kəfəmi Xorasani (1901-1983) Nəcəfdə ağa Ziyaəddin İraqinin və Seyid Əbülhəsən İsfahaninin tələbələrindən olmuş, dini təbliğat və Sistan-Bəlucistan şiələrinə başçılıq etmək məqsədilə oraya mühacirət etmişdi. Elm hövzəsi yaradıb çoxlu tələbələr yetişdirməsi, vilayətin müxtəlif millət və məzhəbləri arasında birliyin möhkəmləndirilməsi, vilayətdə onlarla məscid və xeyriyyə obyekti vəqf etməsi və Pəhləvi rejiminə qarşı gizli və aşkar mübarizəsi onu bölgədə məşhurlaşdırmışdı. O, inqilabçı fəallar, o cümlədən Ayətullah Xamenei ilə sıx əməkdaşlıq edirdi. Ayətullah Kəfəmi inqilabdan sonra Zahidanın ilk cümə imamı oldu. 75



Ayətullah Milani o zaman böyük alimlərdən və İranın təqlid müctəhidlərindən idi. O, Məşhəddə yaşayırdı, məni çox istəyirdi və Zahidana getməkdə məqsədimin dini mübarizə ilə bağlı olduğunu bilirdi. 76

Ağır və böhranlı bir gündə Qumu tərk etdim. Bəzi dostlarla birgə indi də yaxşı xatırlamadığım hansısa bir işdən ötrü təqib altında idik. Xan mədrəsəsinin zirzəmisindəki arxa qapıdan bayıra çıxdıq. Əksər sərnişinləri ruhani və alimlərdən ibarət bir avtobusa mindim. Avtobus Qumdan Kirmana yola düşdü. Son dayanacaq olan Kirman şəhəri Qumdan təxminən 1000 km uzaqda idi. Avtobusdakı otuzdan artıq dini təbliğatçı yolda müxtəlif şəhər və kəndlərdə endilər. Xatırladığım qədərincə, Ayətullah Sübhani də sərnişinlərin arasında idi. Avtobus İsfahana çatanda gecə idi, sürücü və sərnişinlər istirahət etməli idilər. Biz hamı üçün kiçik bir ev kirayə etdik, orada yaxşı bir gecə keçirib müxtəlif məsələlər – problemlər, ümidlər, arzular və təbliğat işləri barədə söhbətləşdik. Belə məclislər bizim üçün ən gözəl anlar idi. 76

Yəzdə çatanda təsadüfi şəkildə ağa Səduqini gördüm. Onda o, Yəzdin məşhur alimlərindən sayılırdı, sonradan İslam inqilabının mühüm şəxsiyyətlərindən birinə çevrildi. İmam Xomeyni onun xətrini çox istəyirdi. O, 1982-ci ildə, ömrünün səkkizinci onilliyində namaz mehrabında ikən cinayətkar münafiqlər tərəfindən şəhadətə yetirildi. 76

Kirmana çatanda hamı avtobusdan endi. Mən başqa bir avtobusla oradan 500 km aralıda yerləşən Zahidana getməli idim. Kirmanda Məhəmmədcavad Höccəti Kirmani və Seyid Kamal Şirazi kimi əziz dostlarım vardı. Məhəmmədcavad Höccəti ilə birgə mərhum Əllamə Təbatəbaidən İbn Sinanın Şəfa kitabını öyrənmişdik. Onlar Qumda baş vermiş faciədən sonra Kirmana qayıtmışdılar. Hər ikisi israrla bir neçə gün orada qalmağımı istədilər. Ağa Höccəti Kirmandan idi, ağa Seyid Kamal Şirazi də məndən iki ay öncə oraya köçmüş və orada ailə qurmuşdu. Mən üç gün onlarla Kirmanda qaldım. Həmin günlər həyatımın elm və mübarizə dostları ilə keçən ən yaxşı günləri oldu. Dördüncü gün isə Zahidandakı vəzifəmi yerinə yetirməkdən ötrü Kirmanı tərk etməyə məcbur oldum. 76

Höccətülislam Seyid Kamaləddin Musəvi Şirazi (1928-1987) İmam Xomeyninin hərəkatının fəallarından olduğuna görə SAVAK tərəfindən həbs olunmuş, azadlığa çıxandan sonra Nəcəf şəhərinə gedib İmam Xomeyninin və Ayətullah Xoinin dərslərində iştirak etmişdi. O, 1979-cu ildə İrana qayıdıb Kirmana getdi və tədrislə məşğul olmağa başladı. 76



İnsanın bir neçə gün ünsiyyətdə olduğu, fiziki və mənəvi rahatlıq tapdığı bir yeri tərk etməsi çox çətindir. Xüsusən də mən Kirmanı tək-tənha tərk edib heç bir tanışım olmayan, başıma nə gələcəyini bilmədiyim bir yerə gedirdim. Qardaşlarla sağollaşanda qəlbimə ağır bir kədər çökdü. O qəmli anları indi də xatırlayanda darıxıram. 77

Avtobus gecə vaxtı yola düşdü və sübh çağı Zahidana çatdı. Yolda bir nəfərdən şəhər məscidinin yerini soruşdum. O, ağa Kəfəminin məscidinin ünvanını söylədi. Oraya yola düşdüm. Məscidin həyətində otaqlar vardı, ağa Kəfəmi şəhərə gələn təbliğatçılar üçün tikdirmişdi. Çantamı həmin otaqların birinə qoyub ağa Kəfəmini görmək üçün evlərinə getdim. Qapını döydükdən sonra çox vüqarlı və heybətli bir ruhani ilə rastlaşdım. Uca boyu, enli kürəyi, uzun saqqalı, başında da böyük və ağappaq əmmaməsi vardı. Məni gülərüzlə, ən gözəl sözlərlə qarşıladı. Sonradan öyrəndim ki, onun Zahidanda böyük nüfuzu var. 77


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin