Mirvariyə çevrilən ürək qanı


Belə bir cavab gözləmədiyinə görə oturuşunu düzəltdi. 83



Yüklə 1,52 Mb.
səhifə168/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   164   165   166   167   168   169   170   171   ...   239
Belə bir cavab gözləmədiyinə görə oturuşunu düzəltdi. 83

Necə yəni? 83

Mən camaata dini məsələlər və şəriət hökmləri söyləyirəm. Bunun nəyi qızışdırmaqdır?! Lakin siz məni buraya gətirməklə insanları təhrik edirsiniz. 83

Qiyafəsində soyuqqanlılıq əlamətləri göründü. 83

Biz camaatı təhrik etmək istəmirik. Ancaq sən sözlərinlə şahın islahatlarını təhqir etmisən. 83



Sizə verilmiş məlumatlar yalandır. 83

Polkovnikin səs tonu dəyişdi, özünün də müsəlman olduğunu və imam Xomeynini sevdiyini söylədi. 83

Təbii ki yalan danışır, məni aldatmağa çalışırdı. Ürəyimdə dedim: "İlahi! Sənə şükür olsun ki, bu məğrur hərbçini öz əlində olan gənc və yoxsul bir hövzə tələbəsinə yaltaqlanmağa məcbur etdin!" 83

Mehriban tərzdə nəsihət verməyə başladı: "Sən gəncsən, nə üçün özünə problem yaradırsan?!" 84

Belə nəsihətlər adətən, qarşı tərəfi yumşaldır. Yumşalandan sonra isə onunla kobud danışıb istədiklərini diktə edirlər. Odur ki belə şəraitdə çox qətiyyətli danışıb nəsihətçini məyus etmək lazımdır. Ona dedim: "Bircənddə məni həbs edib polis rəisinin yanına aparmışdılar. Ona dediyim sözü sizə də təkrarlayıram: Sizin öz vəzifəniz var, mənim də öz vəzifəm. Mən öz dini vəzifəmə əməl etməliyəm, siz də üzərinizə düşən vəzifəyə əməl edə bilərsiniz. Sizin əlinizdən məni öldürməkdən artıq bir iş gəlmir və mən ölümə hazıram. Məni nə ilə qorxuda bilərsiniz?!” 84

Bu söz dünyapərəst adamlara deyiləndə ildırım effekti verir. Onlar ölüm sözündən qorxurlar. Gənclik dövrünü yaşayan həmin zabit də ölümdən qorxur, özündən daha gənc birinin isə ölümə hazır olduğunu, ölümdən qorxmadığını görürdü. 84

Təəccüb içində başını yana çevirdi, sonra özünə gəlib soyuqqanlı şəkildə və yenidən mehribanlıqla dedi: "İnşallah problem yaranmaz, ancaq gərək bir də belə işlərə əl atmayacağına söz verəsən. İndi yan otağa keç və bir neçə suala cavab ver!" 84

Yandakı otaqda müstəntiq suallara başladı: "Minbərdə nə demisən? Nə üçün demisən? Filan sözdə məqsədin nə idi?" Suallardan bəlli idi ki, minbərdə dediklərimin hamısı onlara çatmışdır. 84

Dindirmə bitəndən sonra məni başqa bir yerə apardılar. Oradakıların çox qaşqabaqlı sifətlərini görüb SAVAK-da olduğumu anladım. Zahidan SAVAK-ının rəisi məşhur zalımlardan idi. O, Zahidandan öncə Məşhəddə eyni vəzifədə çalışmışdı. Sonradan Zahidandan da Kirmana gedib dəhşətli cinayətlər törətdi. İnqilab dalğası genişlənəndən sonra isə Kirmandan qaçdı. 85

Məni bir otağa apardılar. Bir neçə gənc məni əhatəyə alıb diqqətlə yoxladı, çantamı açıb içindəki şəkilləri çıxardılar, şəkildəkilərin kimliklərini soruşmağa başladılar. Onlar təhqir və istehza ilə mənə mənəvi təzyiq göstərməyə çalışırdılar, amma Allaha şükür olsun ki, təslim olmadım və zəiflik göstərmədim. Eyni zamanda çox əziyyət çəkdim. 85


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin