Bədbəxtlikdən, klinikada xəstə yox idi və biz gözləmə otağında otura bilməzdik. Odur ki oradan çıxdıq. 108
*** 108
İnqilabdan bir neçə gün sonra doktor Vaizinin evində idik. Ağa Məhəmməd Müntəziri də orada idi. Doktorun evi və klinikası bir binada yerləşirdi. Mən doktora dedim: “Bu binanı görmüşəm, ancaq onda belə deyildi; deyəsən, təmir etdirmiş və böyütmüsüz. Mən on iki il bundan qabaq, yəni 1966-cı ildə burada olmuşam". Sonra onun klinikasına getməyimizi və oradan məyus halda çıxmağımızı danışdım. Doktor gözləmədiyim həddə narahat oldu, ağladı və klinikasının bizə yer verə bilmədiyinə görə özünə qarğış etdi. Hadisəni danışdığıma peşman olub onu sakitləşdirməyə çalışdım. Əlbəttə, məqsədim oturduğumuz bina ilə bağlı bir xatirəni yada salmaqdan başqa bir şey deyildi. 108
*** 109
Qayıdaq həmin hadisəyə: Klinikadan çıxandan sonra aramızdan biri İran xiyabanının yaxınlığında yaşayan Doktor Bahünərgilə getməyimizi təklif etdi. Oraya gedib gördük ki, evdə təkdir. Ondan xahiş etdik ki, evdən çıxıb bizi tək qoysun. Çox razılıqla qəbul etdi, çayın yerini göstərib bayıra çıxdı. 109
Ağa Qüddusi danışmağa başladı, SAVAK-ın müstəntiqi ilə söhbətlərini və onun suallarını bizə söylədi. Dedi ki, onlar müvəqqəti saxlamada on bir nəfərin siyahısını göstəriblər. Sonra üzünü mənə tutub dedi: "Sizin adınız siyahının başında idi". 109
Qorxunc xəbər idi. Böyük ehtimala görə, SAVAK ağa Qüddusini təqib edib əlaqələrini öyrənmək üçün azadlığa buraxmışdı. Hər halda, iclasda qərara gəldik ki, hərə bacardığı qədər gizlənsin. 109
Mən Tehranda gizlənə bilməzdim, etibarlı yerim yox idi. Məsələ də ciddi idi, bütün adlar ifşa olunmuşdu. Qrupun üzvlərindən ikisi - ağa Müntəziri ilə ağa Rəbbani Şirazi həbs olunmuşdular. Əlbəttə, onlar bu qrupa bağlı olduqlarına görə deyil, başqa bir məsələ ilə bağlı saxlanmışdılar. Hər halda, qardaşların qərarı bu oldu ki, qrup üzvləri gizlənsinlər. 109
Qərara gəldim ki, Məşhədə gedib orada gizlənim. Bu barədə heç kimə bir söz demədim. Çantamı götürüb avtobusa oturdum və Məşhədə yola düşdüm. Ehtimal verirdim ki, Məşhədə girən kimi SAVAK məni həbs edəcək. Çünki tərcümə etdiyim kitaba görə də təqib altında idim. Buna görə Məşhədə bir az qalmış Əxləmədə gedən yolun önündə düşdüm. Əxləməd Məşhəddən təxminən 80 km aralıda yerləşən gözəl bir yaylaq kəndidir. Mən yay fəsillərində dəfələrlə oraya getmişdim. Hələ bahar bitməmiş, hava qızmamışdı. Kəndə çatmaq üçün dağ-dərələrin arası ilə təxminən 10 km piyada yol getdim. Qaranlıq dərələrə və çökək yerlərə daha tez kölgə salmışdı. İndi bu barədə fikirləşəndə orada mənə cəsarət bəxş etdiyinə görə Allaha şükür edirəm. Kəndin yolunda hər şey qorxunc idi. 110