Bu gün həmin qeydlərə baxanda ardını yazmadığıma görə təəssüflənirəm. Düşündüyümün əksinə olaraq, faydasız deyilmiş. 114
Həmin zindanda Seyid Qütbün “İslam və svilizasiya problemləri” kitabını tərcümə etməyə başladım. Çoxunu tərcümə etdim, ancaq uzun müddət kiçik və qaranlıq kamerada qalmaqdan irəli gələn sıxıntı və narahatlığa görə bitirə bilmədim. Bu tərcümə yarımçıq qaldı, dördüncü dəfə həbs olunanda onu tamamladım. Bu baxımdan, kitabın tərcüməsi bir zindanda başladı, digərində bitdi. 114
Bu zindanda yazdığım qeydlər hərbçilər arasında hakim olan əxlaqsız hərəkətləri, bəzilərinin çirkin rəftarını və zabitlərin əsgərlərlə pis davranışını təsvir edir. 115
Qeydlər arasında dustaq bir zabit barədə sözlər də vardı. Xoşbəxtlikdən, həmin zabit dindar idi, şəriət hökmlərini həvəslə yerinə yetirirdi. Mövcud problemlərinə görə, adətən, zindanda çoxları dinə üz tutur, dua edirlər. Ora Allah-Taalanın “(Müşriklər) gəmiyə mindikləri zaman (batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək Allaha dua edərlər” - deyə buyurduğu gəmi kimidir. 115