Mirvariyə çevrilən ürək qanı


Onuncu fəsil: Nimdaş palaz 116



Yüklə 1,52 Mb.
səhifə186/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   182   183   184   185   186   187   188   189   ...   239
Onuncu fəsil: Nimdaş palaz 116

Mənim əleyhimə SAVAK-a ötürülən çoxsaylı məlumatlardan sonra 1970-ci ildə həbs olundum. Həmin il yayın sonlarında bir gecə evdə oturub Fələstinin səsi radiosunu dinləyirdim. O günlər Qara sentyabr hadisəsinin baş verdiyi və fələstinlilərin İordaniyada faciəli şəkildə qətliam olunduğu zamana təsadüf edirdi. Orada böyük və dəhşətli faciə baş vermişdi. Dərin üzüntü içərisində Fələstinin səsi radiosunu dinləyib son qətliam xəbərlərini öyrənməkdən başqa əlimizdən heç nə gəlmirdi. 116

Qara sentyabr: İordaniya şah rejiminin 1970-ci ilin sentyabrından 1971-ci ilin iyuluna qədər İordaniyaya sığınmış fələstinlilərə qarşı qətliamına verilən addır. Bu daxili müharibə əsasən fələstinlilərdən ibarət minlərlə insanın ölümünə səbəb oldu. 116



Xatırlayıram ki, həmin axşam radiodan Yasir Ərəfatın İordaniyadan ərəb dövlət başçılarının Qahirədə keçirilən konfransına göndərdiyi teleqramı yayımlanırdı. Diktor teleqramın mətnini oxuyur, mən də yazırdım. Məndə böyük təsir buraxdığına görə onun bəzi cümlələri hələ də yadımdadır. Yasir Ərəfat 1980-ci ildə Tehrana gələndə bəzi hissələrini ona da oxudum və bu ifadələri yada saldım: “Qan dəryası... İyirmi min ölü və yaralı...” Yasir Ərəfat dedi ki, iyirmi beş min ölü və yaralı! 116

Teleqramı dinləyib yazdığım yerdə birdən qardaşım Seyid Hadi həyəcanla gəlib dedi: “Sən burada oturmusan?!” Dedim ki, bəs harada oturmalıyam?! Dedi: “Səni həbs etməyiblər?!” Dedim: “Görürsən ki, qarşında oturmuşam!” 116

Oturub nəfəsini dərəndən sonra dedi: “Mən Gövhərşad məscidində oturmuşdum. Onların biri (İslam hərəkatına düşmən olan və zalım rejimi dəstəkləyən bir nəfərin adını çəkdi) dedi ki, Seyid Əli Xameneini tutublar”. 117

Qardaşım mənim evdə olduğuma əmin olandan sonra getdi. Bu məsələ bir qədər fikrimi məşğul etdi, ancaq çox da əhəmiyyət vermədim. Ertəsi gün günortadan qabaq adətim üzrə atamgilə getdim. Çünki hər gün onu görməyə gedir, bir qədər onunla oturur, elmi mövzularda söhbət edirdik. Atamın yanında oturduğum vaxt qapı döyüldü. Anam qapını açmağa getdi, az sonra narahat halda gəlib dedi: “İki SAVAK işçisi səni soruşurdu”. 117


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin