Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə187/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   183   184   185   186   187   188   189   190   ...   239
- Nə dedin? 117

- Dedim ki, burada deyil. 117

- Ana, nə üçün yalan dedin?! 117

- Bunlar canavardırlar, şərlərini uzaqlaşdırmaq lazımdır. 117

O, SAVAK-ı və SAVAK əməkdaşlarını lənətləməklə, onlara qarğış etməklə hirsini soyutmağa çalışdı. 117

Atamın üzündə narahatlıq əlamətləri göründü. Mənə dedi: “Yenə nə olub? Nə üçün özünü təhlükəyə atmısan?” 117

Ata-anama təsəlli verib narahatlıqlarını aradan qaldırmağa çalışdım. Dedim ki, yəqin səhvən gəliblər, heç bir şey baş verməyib. 117

Sonra fikirləşdim ki, yəqin buradan bizə gedəcəklər; onlardan qabaq çatıb yoldaşıma xəbər verməliyəm ki, qorxmasın. Ata-anamla sağollaşıb tez evdən çıxdım. Öz evimizə çatanda gördüm ki, vəziyyət normaldır və heç kim gəlməyib. Baş verənləri yoldaşıma danışdım. 117

Haqqını ödəmək üçün az da olsa, həyat yoldaşımın həyatımdakı rolu barədə söhbət etməliyəm. 118

Onun hər şeydən öncə mənəvi arxayınlığı və yüksək əhval-ruhiyyəsi var. Evimiz dəfələrlə rejim muzdurlarının hücumuna məruz qalıb, dəfələrlə həbs olunmuşam. Həbs etmək üçün hətta gecənin yarısı evimizə tökülüşüb məni döyüblər də, amma bütün bunlara baxmayaraq, onda heç vaxt qorxu, zəiflik və ya depressiya əlaməti görməmişəm. 118

O, mənəvi güc və yüksək əhval-ruhiyyə ilə həbsxanaya görüşə gəlirdi, məndə inam və etimad yaradırdı. Həbsdə olanda heç vaxt mənə üzücü xəbər verməyib. Xatırlamıram ki, məsələn, uşaqlardan birinin xəstələnməsi barədə, yaxud ailə və qohumlarımız haqda hansısa xoşagəlməz bir məsələni danışmış olsun. 118


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin