Ciblərimi axtarıb mühüm bir şey tapmadılar. Onlar otaqdan çıxdılar, mənsə bir saatdan çox tək qaldım. Sonra biri gəlib məni bayıra çıxardı. 129
Məni avtomobilə mindirib başqa bir binaya apardılar. İçəri girəndə ağ divarlarından üç il öncə saxlandığım həbsxana olduğunu bildim. Biz oranı ağ otel adlandırırdıq. Bu baxımdan, özümü yad bir yerdə hiss etmədim. 129
Məni bir kameraya saldılar. Həbsxanada təcrübəli və ağıllı çavuşlar da vardı. Onlar kameranın qapısına toplaşıb yeni dustağa hörmətlərini ifadə etməyə başladılar. Kameranın qapısı bağlı idi və mənə bayıra çıxmağa icazə verilmirdi. 129
Bir neçə gündən sonra Seyid Qütbün "İslam və sivilizasiya" problemləri kitabının tərcüməsini tamamlamaq fikrinə düşdüm. Mən üçüncü həbsdə kitabın dörddə üçünü tərcümə etmiş, dörddə birini də qardaşım Seyid Hadiyə tapşırmışdım. Ondan tərcümələrini alıb baxdım ki, öncəki fəsillərin tərcüməsi ilə eyni olsun. Sonra kitabın son fəslini tərcümə etdim. Bu fəsil öz üslubu və Qərb sivilizasiyasının hücumu baxımından güclü fəsil idi. Kitaba yaxşı bir müqəddimə yazdım, mətnə yeni terminlər və kreativ ifadələr əlavə edib orijinal mətndən ayırmaq üçün dırnaq arasında yerləşdirdim. Kitabın ilk səhifəsini də hazırladım. Bu iş təxminən bir ay çəkdi. Sonra onu qardaşım Seyid Hadiyə verib çap edəcək adamın adını söylədim. 129
Həmin günlərdə Şeyx Rəzi Ali-Yasinin yazdığı və mənim tərcümə etdiyim İmam Həsənin (ə) sülhü kitabının çap olunduğunu eşitdim. Bu kitab İmam Həsənin (ə) sülhü barədə tarixi təhlilləri ehtiva edirdi. Kitabın bir nüsxəsini gətirdilər və mən çox sevindim. 129