Axşamdan Qurana qulaq asmağa başlayırdım, "Sout əl-ərəb" radiosunun qiraətləri bitəndən sonra digər kanalları dinləyirdim. 132
Əbdülnasirin ölümünə görə hərbçinin necə sevindiyini söylədim. İndi isə ozamankı hərbçilərə hakim olan zehniyyəti göstərmək üçün başqa bir hadisəni söyləyəcəyəm. 133
Həbsxananın dustaqları arasında Azərbaycan vilayətindən türkdilli bir çavuş vardı. O, əhəmiyyətsiz bir səbəbdən altı ay azadlıqdan məhrum edilmişdi. Çay hazırlayıb dustaqlara satmaq üçün tualetlərin yaxınlığında ona kiçik bir yer vermişdilər. Onunla türkcə danışdığıma görə aramızda bir növ dostluq münasibəti yaranmışdı. Hərbçilər oraya toplaşıb çay içirdilər. Əlbəttə, onların toplantılarında iştirak etmirdim, mənə kameradan çıxmaq qadağan idi. Heç oraya getməyə həvəsim də yox idi. Eyni zamanda həmin çavuşun müştərilərindən idim. O, çayı kamerama gətirirdi, mən də pulunu verirdim. Beləliklə, bu üç amil – məhbusluq, müştərək dil və yaxşı müştəri olmam aramızda yaxşı münasibət yaratmışdı. 133
Bir səhər digər dustaqlarla birgə açıq havada idik. Hərdən bizə günəş altında gəzməyə icazə verirdilər. Adətən, həyətin bir küncündə otururdum, hərbçilər də başıma yığışırdılar. Mən əhvalat, xəbər və maraqlı hadisələr danışıb onların başlarını qarışdırırdım. Bir gün onda aktual olan kommunistlərdən söhbət düşdü. Onların ilk fəaliyyətləri elə həmin ildə başlanmışdı. Mən həbsxanada olanda bəzi gəncləri kommunist ittihamı ilə oraya gətirmişdilər. Pəhləvi rejimi bu fəaliyyətləri bir az da böyüdürdü. 133
Çayçı çavuş kommunistlərə çox nifrət edib deyirdi ki, onlar 1946-cı ildə Azərbaycanda müstəqil dövlət quranda çoxlu günahsız adamlar öldürmüşdülər. O, kommunistlərə qarşı ciddi tədbir görmədiyinə görə SAVAK-ı tez-tez qınayır və qətiyyətlə deyirdi: "Əgər SAVAK mənə icazə versə, heç kimin xəbəri olmadan onları bir-bir öldürərəm. Lakin rahat yeyib-yatsınlar deyə, SAVAK onları həbs edir". 133