Mirvariyə çevrilən ürək qanı


Birdən onunla zarafat etmək qərarına gəlib dedim: "SAVAK sənə məni öldürməyə icazə versə, nə edərsən?" Dərhal və qətiyyətlə cavab verdi: "Cəddin haqqı, öldürərəm!" 134



Yüklə 1,52 Mb.
səhifə195/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   191   192   193   194   195   196   197   198   ...   239
Birdən onunla zarafat etmək qərarına gəlib dedim: "SAVAK sənə məni öldürməyə icazə versə, nə edərsən?" Dərhal və qətiyyətlə cavab verdi: "Cəddin haqqı, öldürərəm!" 134

O, başıma qara əmmamə qoyduğuma görə Peyğəmbər övladlarından olduğumu bilir və cəddimə and içirdi. Onunla çoxlu ortaq cəhətlərimiz də vardı. Bütün bunlarla yanaşı, çox ciddi şəkildə deyirdi ki, öldürərəm. 134

Bu, ozamankı hərbçilər arasında beyin yuyuntusuna bir nümunə idi. 134

Bu müddətdə bəzi universitet tələbələrini həbsxanaya gətirdilər. Hakimiyyət Məşhəddə ilk dəfə idi universitet tələbələrini həbs edirdi. Bundan bildim ki, cəmiyyətdə yeni bir canlanma yaranıb və buna çox sevindim. Bayırda nə baş verdiyini bilmək istəyirdim, amma imkan yox idi. 134

Həmin gəncləri həbsxanaya gətirəndə mənim kamerama ehtiyacları oldu. Məni görüş üçün ayırdıqları böyük otağa yerləşdirdilər. Həbsxanada kamera az idi. Üstəlik, mən təxminən iki ay idi təkadamlıq kamerada qalırdım və onlara görə, bundan artığına ehtiyac yox idi. 134

Hələ kiçik kamerada olanda ramazan ayı gəldi. Buna çox sevindim. Ramazan ayını uşaqlıqdan sevirdim. Bu ayda gündəlik həyat tərzi dəyişir və oruc tutmuş adam xüsusi mənəvi həzz alır. 134

Ramazan ayının ilk günü keçdi, iftar vaxtı gəldi, amma mənə heç nə gətirmədilər. Çünki orduda və onun həbsxanasında ramazan ayının heç bir yeri yox idi. Namazımı qılıb keçmiş iftar xatirələri və iftar zamanı oruc tutanların sevinci barədə fikirləşməyə başladım. Ailə yanında, qaynar samovar önündə iftar süfrəsinin sevinc dolu anları gözlərim önündən keçdi. İftara məxsus yüngül yeməkləri, xüsusən məşhədlilərin məşhur maqut xörəyini xatırladım. Mən iftara ən çox onu sevirdim. Maqut su, nişasta və şəkərdən xüsusi tərzdə hazırlanır. Mənim yoldaşım digər yeməklər kimi onu da yaxşı bişirirdi. Birdən özümə gəlib Allahdan əfv dilədim. Bəlkə də bu xatirələr aclıqdan gözlərim önündə canlanırdı. Bəlkə də səbəb təklik idi. Hər halda, səbir etməli idim. 135

Şam namazından yarım saat sonra bir fincan çay tapdım. Bir qədər sonra isə şam yeməyi gətirdilər. Yemək dadsız olduğuna görə adam yemək istəmirdi. Lakin yenə də bir qədərini yeyib qalanını obaşdana saxladım. Obaşdanda da güclə yedim. Çünki o xörək əvvəldə də xoşagəlməz olurdu, qalandan sonra isə daha da pisləşirdi. İlk günüm belə keçdi. İkinci gün nəzarətçi dedi ki, sizə nə isə göndəriblər. Alıb açdım. İftarda arzuladığım xörəklərdən bir neçə boşqab göndərmişdilər. Xörəklər bir neçə nəfərə yetəcək həddə idi. Yoldaşım onları bişirib həbsxanaya göndərə bilmişdi. Həmin gün evdən çay avadanlıqları da gətirdilər. Gözəl və dadlı iftar üçün hər şey hazır idi. Onlardan özümə bəs edəcək qədər götürüb qalanını dustaqlara göndərdim. Bu iş hər gün təkrar olundu. 135


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin