Kameraya qayıtdım. Öncədən qeyd etdiyim kimi, kamera həbsxananın giriş qapısının yanında idi. Axşam düşəndən bir saat sonra əşyalarımı toplayıb dustaqlarla sağollaşdım. 139
Qış fəsli idi və şaxtalı hava başlamışdı. Gecə isə daha soyuq olurdu. Qarnizonun qapısının önündə bəzi gənc qohumlar bir avtomobillə məni gözləyirdilər. Əşyalarımı maşına qoydular, özüm də minmək istəyəndə bir zabit yaxınlaşıb dedi ki, siz mənimlə gəlməlisiz. Məni bir neçə hərbçinin oturduğu olduğu bir avtomobilə mindirdi. Getdiyi yoldan bildim ki, SAVAK-ın yerli şöbəsinə gedir. 139
Fikirləşməyə başladım: Qarnizondan azadlığım formal imiş? Məni SAVAK-a, oradan da Tehrana aparmaq istəyirlər? Avtomobil qaranlıq və soyuqda mənim naməlum taleyimə doğru getdiyi zaman beynimdə bu suallar dolaşırdı. 139
SAVAK-ın binası önündə maşından endik. Üçüncü və dördüncü həbsim zamanı tanış olduğum müstəntiq Qəzənfəri qarşıma çıxdı, qürur və tənə ilə dedi: “Nə üçün gəldin?” 139