Bu rəftarın səbəbini bilmədən qaranlıq və soyuq xiyabana doğru addımladım. Əşyalarım əlimdə olsaydı, gecənin o saatında soyuqda çox əziyyət çəkərdim. 139
Birdən yanımda bir avtomobil dayandı. Qarnizonun önündə məni gözləyən gənclərin maşını idi. Bildim ki, qarnizondan SAVAK-a qədər bizi izləyiblər. 139
Evə çatdım. Yoldaşım gözünü qapıya dikib oturmuş, uşaqlar da yorulub yatmışdılar. 139
Həmin gecə evə qayıdandan sonra İmam Rzanı (ə) ziyarət etmək və Gövhərşad məscidində namaz qılmaq üçün müqəddəs məqbərəyə yola düşdüm. Gec idi, həyətdə təxminən heç kim yox idi. Uzaqdan dostlarımdan və dərs yoldaşlarımdan ikisini gördüm. Onların biri yaxın dostumdur, bir-birimizə o qədər bənzəyirik ki, tanımayan adam görsə, qardaş olduğumuzu zənn edər. Onları görməyə çox sevindim. Həbs səbəbindən uzaq düşdüyüm dostları görmək həvəsilə onlara doğru getdim. Onların da mənə yaxınlaşacaqlarını, bu qədər ayrılıqdan sonra məni görməyə sevinəcəklərini gözləyirdim. 140
Onların yaxınlığına çatdım, salam vermək istəyəndə üzlərini yana çevirdilər. Deyəsən, biri o birinə belə demişdi: “O, həbsxanadan indi çıxıb, bəlkə də nəzarət altındadır. Ondan uzaqlaşaq!” Bu davranış mənə çox pis təsir etdi. Bir neçə saat əvvəl həbsxanadan azad olunan bir məhbus öz dostlarından, eyni dini amalları daşımalı olan şəxslərdən belə rəftar gözləmir. 140
Əslində, bəzi ruhanilərdən belə rəftarlar çox görmüşəm. Onların əksinə olaraq, mən həbs olunanda, hakimiyyətin zülmünə məruz qalanda gənclər, xüsusən də hövzə və universitet tələbələri daha çox başıma toplaşır, həmrəyliklərini bildirirdilər. 140