Dedim: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" 142
Əlbəttə, məhkəmə sədri bu sözləri zarafata deyirdi, amma zarafatının məzmunu həmin gənc zabitin fikrini təsdiqləyirdi. Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlamaqla bitdi. 142
Azadlığımdan çox keçməmiş yenə sentyabr ayında beşinci dəfə həbs olundum. Dördüncü həbsim 1970-ci ilin 24 sentyabrında baş tutmuşdu, beşinci həbsim də 1971-ci ilin 28 sentyabrına təsadüf etdi. 143
On ikinci fəsil: 14 saylı kamera 144
1971-ci ilin isti bir yay axşamında səbəbini bilmədən darıxmağa başladım. Allaha sığındım və mütaliə etmək qərarına gəldim. Lakin birdən işıqlar söndü. O zaman əksər günlər belə olurdu. Qəm üstünə qəm gəldi, çox sıxılmağa başladım. Evdən çıxmaq istədim, amma gördüm ki, bayıra çıxmağa da meylim yoxdur. Evdə hazır lampa da yox idi. Qaranlıqda nə edəcəyimi bilmirdim. Bu zaman birdən qapı döyüldü. Həmişə olduğu kimi, qapını döyənin kimliyini soruşmadan özüm açmağa getdim. Gördüm ki, tehranlı dostlarımdan biridir. Çox yerinə düşmüş bu görüşə görə ürəkdən sevindim. Onu sevinclə qarşıladım, amma o sevinmirdi. Fikir verməyib onu içəri dəvət etdim. O, qəfil bir hərəkətlə əlini cibinə aparıb nə isə çıxardı. Bu hərəkət mənimlə məxfi bir silahlı mübarizə təşkilatı arasında parol idi. Həmin təşkilatın sədri və üzvləri ilə əlaqəm vardı, onların yaydıqları bülleten və bəyanatlara öncədən baxır, düzəlişlər edirdim. 144