Kameranın qapısı açıq olanda dəhlizdə vəziyyətin qeyri-adi olduğunu görmüşdüm; çoxlu get-gəl vardı. Qapı bağlanandan sonra da eyni vəziyyət davam etdi. Kameraların qapısı açılıb-bağlanırdı. Bu səslərə qulaq asdığım yerdə birdən uzaqdan qışqırıq səsi gəldi; kimsə ən ağır işgəncə altında idi. Çox keçmədən bir kişini kamerasına tərəf sürüməyə başladılar. O, çox zarıyırdı. Qapının arasından baxmağa çalışdım. Tanıdığım bir ruhani idi. Saqqalını qırxmışdılar. Ona o qədər işgəncə vermişdilər ki, ayaq üstə dayana bilmirdi. 150
Bir qədər sonra onların biri kameramın qapısını döyüb dedi: "Sən Xameneisən?" Dedim ki, bəli. Dedi ki, mənimlə gəlməlisən. Onunla birlikdə anbarın sonuna, oradan da küncdə yerləşən bir otağa girdim. Otaqda altı-yeddi nəfər adam vardı. Eynəyimi aldıqlarına görə onları tanımadım. Təhlükə hiss edib vərdişdən, ya da instinktiv olaraq danışmağa başladım, eynəyimi aldıqlarına görə etiraz edib dedim: "Eynəyimi nə üçün aldınız? Mən eynəksiz görə bilmirəm!" 151
Etiraz etdiyim yerdə onların biri mənə yaxınlaşdı. Onu tanıdım; qabaqkı həbsxanada məni dindirmiş, məhkəməyə yazılı məruzə etmişdi. O, inqilabdan öncə xalq tərəfindən öldürüldü. Mən məhkəmədə adını çəkmədən onu sərt tənqid etmiş, demişdim ki, bu məruzəni yazan adam nadandır! 151