Bir gün öncə məni ən ağır fiziki və psixoloji işgəncələrə məruz qoymuş bir adam mənimlə belə həyasızcasına danışırdı. Sözlərinə heç bir cavab verməyib güldüm. O da çıxıb getdi. 157
Mən hicri təqvimilə şəban ayının əvvəllərində həbs olunmuşdum. Günlər ötdü və ramazan ayı yaxınlaşdı. Baş müstəntiqin dəhlizdə gəzişdiyini eşitdim. Addım səsləri yaxınlaşanda onu çağırdım. Qapını açıb halımı soruşdu. O məni Şiyx çağırırdı, əclaflığından şeyx də demirdi. Halbuki mənim kimiləri seyid çağırırlar. 157
Ona dedim: “Ramazan ayı yaxınlaşır, mən bu kamerada bu ayın ayinlərini icra edə, namaz, oruc və dua ilə məşğul ola bilməyəcəyəm. Bu ayda məni azadlığa buraxın". 157
Mənə dedi: "Nə yaxşı! Ramazan ayı gəlir?! Bura oruc tutmaq üçün ən əlverişli yerdir”. Kameranı göstərib dedi ki, bu, məscid; hamamları da göstərib: “Bu da hamam, - dedi, - burada namazını da qıl, orucunu da tut!" 157