Dördüncü fəsil: İlk qığılcım Cihad zəngi
Uşaqlıqda İslam oyanışının mühüm dövrlərindən birinə şahid olmuşam. Bu dövr Nəvvab Səfəvinin1 hərəkatından İmam Xomeyninin hərəkatına, İslam inqilabına və İslam dövlətinin qurulmasına qədər bir zamanı əhatə edir.
Mərhum Şəhid Nəvvab Səfəvi mənim üçün İslam yolunu geniş inqilabi və dinamik mənasında göstərən ilk qığılcım oldu. Bu adam İran cəmiyyətində elə hərəkat yaratdı ki, müsəlmanların vicdanını qəflət yuxusundan oyatdı, iradələri toparladı, qəlblərdə İslama və İslam müqəddəslərinə dair qeyrət və təəssüb hissi yaratdı. Onun təsir dairəsi yalnız İranla məhdudlaşmırdı, ərəb dünyasının bəzi yerlərinə də səfər edib mücahidlərin qəlbində mübarizə həyəcanı yaradırdı. O, bəzi ərəb başçılarına da nəsihət verirdi ki, müstəmləkəçilərin hiylələrinə uymasınlar.
Dostları ilə paylaş: |