Nəzarətçilər adətən, sadəlövh əsgərlər olurdular, xüsusən yaralı dustaqlara ürəkləri yanırdı. Bir dəfə onların birinin Musəvini kürəyində tualetə apardığını da görmüşəm. 162
Nəzarətçi ona bizim kameranın yaxınlığındakı tualetə getməyə icazə verdi. Tualetdən çıxandan sonra ona təyəmmüm etmək istədiyini, yaralarına görə dəstəmaz ala bilmədiyini söyləmiş, sonra belə demişdi: "Tualetin yanındakı torpaq murdardır, buna görə gərək o tərəfdə (mənim kameramın qarşısında) təyəmmüm edim". 162
Nəzarətçi buna da icazə verəndən sonra yaxınlaşıb təyəmmüm almağa və eyni zamanda ərəbcə dua oxuyurmuş kimi mənimlə danışmağa başladı. O, ərəbcə həm də bunları söylədi: "Ağa... Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh... Necə əzab çəkdiyimi bilmirsiz... Əgər bu vəziyyətdə ölsəm, şəhid sayılıram?" 162
Təyəmmümü bitirəndən sonra tərpənə bilmirmiş kimi ayağını uzatdı. Nəzarətçi ona dedi: "Cəld ol! Cəld ol!" Cavab verdi ki, bacarmıram, qoy bir az istirahət edim. Nəzarətçi də çarəsiz qalıb icazə verdi. 162
Sözləri bitəndən sonra mən də ona ərəbcə və dua ahəngi ilə cavab verməyə başladım: "Dözümlü ol, ey böyük seyid! O qədər səbir et ki, bu cinayətkarlar ümidlərini üzsünlər... Heç bir söz demə, Allah səni mütləq xilas edəcək..." 162