Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə217/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   213   214   215   216   217   218   219   220   ...   239
Nitq qabiliyyətim nə qədər yaxşı olsa da, bu həbsxanada baş verənləri təsvir edə bilmərəm. Mən orada elə çirkin işlərə şahid olmuşam ki, bu günədək onların mislini görməmişəm. 177

İnsanın xisləti belədir, sevmədiyi və təbiətinə uyğun olmayan vəziyyətə qarşı üsyan edir. Üsyan qərarına gələndə isə qarşısında yeni yollar açılır. Bu həbsxanada dustaqlar iki maneədən keçməyi düşünürdülər: birinci maneə əksəri savadsız, muzdur və sadəlövh olan nəzarətçilərdən, ikinci maneə isə təhlükəsizlik əməkdaşlarından ibarət idi. Dustaqlar ilk maneəni aşmaq üçün adətən, plan fikirləşir və çox vaxt məqsədlərinə çatırdılar. 177

Qeyd etdiyim kimi, nəinki başqa kameralardakı dustaqlarla, hətta bir kamera daxilində danışmaq da qadağan idi. Xüsusən dustaqlar eyni cinayət işində ittiham olunanda dindirmə və istintaq məlumatlarına xələl gətirdiyinə görə bunu təhlükəli sayırdılar. Bütün bu həssaslığa baxmayaraq, dustaqlar arasında morze kodlarından ibarət ünsiyyət amili vardı. 177


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin