Qonşularla söhbət bütün mövzuları əhatə edirdi. Bir-birimizdən soruşurduq: “Bu gün səni dindirməyə apardılar? Bu gün nə etdin? Yuxuda nə gördün?” 179
Bu söhbətlərdə öyrəndim ki, qonşum universitet tələbəsidir. Özü barədə bundan artıq məlumat vermədi, əsl adını da gizli saxladı. Bu da təbiidir; məxfilik siyasi dustaq üçün ən zəruri işlərdən biridir. O gənc olduqca ayıq, aydın fikirli və heyrətamiz istedada malik idi; müxtəlif bəhanələrlə kameradan çıxır və bundan istifadə edib çevik işlər görürdü. 179
Bir dəfə xüsusi məharətlə nəzarətçini uzaq bir yerə göndərdi, cəld mənim kamerama yaxınlaşıb qapıdakı kiçik bacanı açdı, məni çağırıb üzümdən öpdü və heç kim bilmədən işlədiyi yerə qayıtdı. 179
Bir dəfə təmizliklə məşğul olduğu zaman dəhlizdə böyük bir qabın içindəki buz qabında bir qədər kərə yağı və mürəbbə olduğunu başa düşmüşdü. Qabın üstü örtülü imiş, amma bir anda qapağı açıb içindəkini görmüşdü. Anlamışdı ki, növbətçi yağ və mürəbbəni dustaqların səhər yeməyindən oğurlayıb. Həmin gün şam yeməyinə dadsız xörək veriləcəkdi. Nəzarətçi onu xoşlamadığına görə yağ və mürəbbəni oğurlayıb şamına saxlamışdı. Mənim dostumun ürəyindən də bu oğurluq malı yemək keçibmiş. Həm də həmin gün oruc idi. O, xüsusi çevikliklə qapağı açıb içindəkiləri götürmüş, kamerasına aparmışdı. Gördüyü iş barədə morze ilə mənə xəbər verdi. Dedim ki, iftara nuş edərsən. 179
Axşam vaxtı nəzarətçi iştahla həmin qaba yaxınlaşanda içini boş görüb dəli oldu. Bir dustağın belə bir iş görə biləcəyinə inanmırdı. Digər nəzarətçilərdən soruşdu, onu dustaqların götürdüyünə əmin olandan sonra nəzarətçilərlə birgə kameraları axtarmaq qərarına gəldi. Dostumuz onun bir qədərini yemişdi, bir qədəri isə qalırdı. Qorxu içində mənimlə əlaqə saxladı, kamerada tək olduğunu və yeməyin qalanını nə edəcəyini soruşdu. Dedim ki, yeyə biləcəyin qədərini ye, qalanını döşəmənin altına qoy və heç bir iz saxlama. Axtarışda qonşumun kamerasını da təftiş elədilər, amma heç nə tapmadılar. Məsələ xatasız ötüşdü, amma bu hadisə bir dustağın öz vəziyyəti əleyhinə üsyanına nümunə kimi yadda qaldı. 179
Həmin kamerada müxtəlif insanlarla yoldaş olmuşam. Onların arasında mömin və fəal gənclər də olub. Nəhavənd şəhərinin İkinci Əbuzər qrupundan bir gənc vardı. Birinci qrup bütünlüklə sıradan çıxarılmışdı və nəhavəndli gənclər ikinci qrupu yaratmışdılar. Mən o gənci bu yaxınlarda gördüyümə görə yada saldım. Bir qrup mömin mənimlə görüşə gəlmişdi. Adlarını soruşanda biri diqqətimi cəlb elədi. Sonra tez yaddaşım köməyə gəldi, xatırladım ki, İkinci Əbuzər qrupundan olan kamera yoldaşımdır. 180
Bu qrup 1972-ci ilin noyabrında Nəhavənddə yaradılmışdı. Qrupun üzvləri olan yuxarı sinif şagirdləri və digər gənclər Nəhavəndin dini və siyasi təşkilatlarından təsirlənərək onu yaratmışdılar. Onlar bu nəticəyə gəlmişdilər ki, şah rejimi əleyhinə silahlı mübarizəyə başlamayınca ciddi bir addım ata bilməyəcəklər. 180
Həmin zindanda bəzi kommunistlərlə də kamera yoldaşı olmuşam. Biz kamerada üç nəfər olarkən kommunist bir gənci oraya saldılar. O, kameraya dustaq kimi girmədi, gedəcək adama oxşayırdı. Özü barəsində soruşanda aydın cavab vermədi. Mən onda bir qədər yaxşılıq və müsbət xüsusiyyət hiss edib dedim: "Sizdə mənəviyyata təmayül görürəm". Kameramızda çox qalmadı, onu harasa apardılar. İnqilabdan az əvvəl mənimlə əlaqə saxlayıb dedi ki, filan qəzetdə işləyirəm. Zindanda ona dediyim cümləni də bir neçə dəfə təkrarladı. Sonradan bildim ki, Kommunist partiyasının üzvlərindən imiş. İnqilabdan sonra onun SAVAK-la əməkdaşlığına dair sənəd tapdıq. Kommunist partiyası məğlub olanda o da həbs edildi. Həyat yoldaşı mənə məktub yazıb dediyim cümləni xatırladır və onun azadlığını istəyirdi. O, sonralar azad olundu. 180
Dinə qarşı düşmənçilikdə kommunistlərin hamısı eyni deyil. Bu gənc də çox kəskin mövqe nümayiş etdirmirdi. Mən həmin kamerada son dərəcə xəbis, kinli və əxlaqsız bir kommunistlə də qalmışam. 181
Onu kameraya gətirəndə şam namazının dualarını oxuyurdum. Zindanda namaz qılanda adətən, bəzi ağ paltarlarımı əmmamə kimi başıma dolayır, əba kimi çiynimə bir ədyal salırdım. Qaranlıqda məni görən əynimdə ruhani geyiminin olduğunu sanırdı. Yoldaşımla oturduğumuz yerdə kameranın qapısı açıldı və ucaboy bir kişi içəri girdi. Aydınlıqdan gəldiyinə görə girəndə heç nə görmədi. Bir qədər sonra məni və yoldaşımı gördü. Qanı qaraldı, narahat halda kameranın küncünə qısıldı. Mən yaxınlaşıb bütün yeni dustaqlar kimi onunla da ünsiyyət qurmağa, narahatlığını aradan qaldırıb təskinlik verməyə çalışdım. Soruşdum ki, acsınız, yoxsa susuz? Hələ qaşqabaqlı idi. Düşündüm ki, mənəvi təzyiqlərə görə narahatdır. Əlimlə çiyninə və üz-başına toxundum. Heç bir suala cavab vermək istəmirdi. Sonra bildim ki, səhər çağı həbs olunub, o vaxtdan heç nə yeməyib, hətta döyülüb də. 181
Mədəmdə yara əmələ gəldiyinə görə adətən, iftar yeməyindən bir qədərini saxlayıb sonradan yeyirdim. Ona çörəklə mürəbbə verdim. Yemək istəmirdi. Zorla yedirdib su içirdim. Bir qədər üzü açıldı. Halını və üzündəki böyük narahatlığı görüb işa namazına tələsmədim, təsəlli vermək üçün söhbəti davam etdirdim. Çox qayğı göstərdiyimi görüb elə bildi ki, onu islamçı dustaqlardan hesab edir, ya da islamçıların sırasına cəzb etmək istəyirəm. Başını qaldırıb qürurla dedi: "İcazə verin, etiraf edim ki, mən heç bir dinə inanmıram". 182
Beynindən nə keçdiyini bildim. Onun düşüncələrinə, məntiq və şəraitinə uyğun bir cümlə tapıb dedim: "İndoneziyanın prezidenti Sukarno Bandunq konfransında demişdi ki, sivilizasiyadan geri qalmış xalqların birlik amili din, tarix və ya mədəniyyət deyil, ehtiyaclardır. Problemlər eyni, tale naməlumdur. Din bizim aramızda ayrılıq salmamalıdır!" 182
Əhməd Sukarno İndoneziya respublikasının banilərindən və bu ölkənin ilk prezidenti olmuşdur. Qoşulmayanlar Hərəkatının yaradılması onun ən mühüm addımlarındandır. 182
1955-ci ildə 25 ölkənin iştirakı ilə İndoneziyanın Bandunq şəhərində böyük bir konfrans keçirildi. Orada iştirak edənlərin çoxunu Avropa müstəmləkəçilərinin əsarətindən yenicə müstəqilliyə qovuşmuş ölkələr təşkil edirdi. Konfransın məqsədi Asiya və Afrika arasında iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, habelə müstəmləkəçilər, xüsusən də ABŞ və SSRİ tərəfindən həyata keçirilən yeni müstəmləkəyə qarşı etiraz etmək idi. 182
Dostları ilə paylaş: |