Mirvariyə çevrilən ürək qanı


Onlar məni dəfələrlə dövrəyə alıblar. Onların bütün suallarına çəkinmədən cavab verirdim. Bütün cavablarda çalışırdım ki, öz əleyhimə bəhanə verməyim. 189



Yüklə 1,52 Mb.
səhifə223/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   219   220   221   222   223   224   225   226   ...   239
Onlar məni dəfələrlə dövrəyə alıblar. Onların bütün suallarına çəkinmədən cavab verirdim. Bütün cavablarda çalışırdım ki, öz əleyhimə bəhanə verməyim. 189

Həmin dindirmələrin birində Kuçisfahani adlı bir müstəntiq rişxənd və qürurla, eyni zamanda təhqiramiz tonda məndən soruşdu: 189

Seyid!.. Səidini tanıyırsan? 189

Bəli, dostum olub. 189

Bu, gizli bir şey deyildi, çünki hər ikimiz xorasanlı idik. 189

Bilirsən ki, o, həbsxanada öldü? 189

Bilirəm. 189

Bilirsən ki, onu bu otaqda dindirirdilər? 190



Bu, yalan idi. Ancaq mən sakit qalıb bir söz demədim. 190

Səidiyə dedim ki, nə bilirsənsə, söylə. Cavab verdi ki, gərək Qurana baxım, görüm yaxşı gəlir, yoxsa pis. Ona dedim ki, pis gələcək, yaxşı yox. Sözümü dinləmədi və axırı elə oldu. 190



Kuçisfahani bir qədər sakit qaldı, sonra yerindən qalxıb mənə yaxınlaşdı. Əlinə bir qələm götürüb təkəbbürlü müəllimlər kimi ucu ilə başıma vurmağa başladı. 190

Seyid, pis gələcək, pis... 190



Ürəyimdə onun axmaqlığına, yalanlarına və məni qorxutmaq üçün uydurduğu nağıllara güldüm. Sözləri mənə əsla təsir etmədi. 190

Həbsxanadakı doğruçu yuxulara qayıdıram. İndi onların ikisini xatırlayıram. Birini özüm görmüşəm, digərini də kamera yoldaşım. 190

Yuxuda gördüm ki, Məşhəddə bir məsciddəyəm. Həmin məscidi tanıyıram, bazarın ortasında yerləşir. Məscidin imamı ağa Milaninin yaxınlarından və xüsusi tələbələrindən olan ağa Ələmülhüda idi. Ağa Milani onu həmin məscidə imam təyin etmişdi. Məscidin qapısının sağ və solunda dayanmış iki kişi gördüm. Sanki iki mələk idilər, boyları o qədər uca idi ki, yalnız ayaqlarını görürdüm. Sonra gördüm ki, divarların suvağı qopub, məscidin xalçalarını toplayıblar və yerinə toz-torpaq tökülüb. 190

Oyananda yuxumu yoldaşıma danışıb dedim ki, ya ağa Ələmülhüda vəfat edib, ya da ağa Milani. 190

Həmin gün, ya da ertəsi gün məni dindirməyə apardılar. Bu dəfə başqa bir otağa getdik. Gördüm ki, Baş müstəntiq Kavə məni gözləyir. Mənə bəzi suallar verdi və söhbət əsnasında dedi: 191

Yəqin bilirsən ki, ağa Milani vəfat edib. 191

Mən haradan bilim?! 191

Bəli, vəfat etdi. 191




Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin