Mirvariyə çevrilən ürək qanı


Ayılanda yuxunun bütün xırdalıqları indiki kimi yadımda idi. Bu yuxunu bir çox dost və qohumlara, o cümlədən anama danışmışdım. Anam yuxunu belə yozmuşdu: 193



Yüklə 1,52 Mb.
səhifə226/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   222   223   224   225   226   227   228   229   ...   239
Ayılanda yuxunun bütün xırdalıqları indiki kimi yadımda idi. Bu yuxunu bir çox dost və qohumlara, o cümlədən anama danışmışdım. Anam yuxunu belə yozmuşdu: 193

"Bəli, Yusif olacaqsan, ömür boyu həbsxanada qalacaqsan!" 193

Bu yuxunu anamın təbiri ilə birgə Şeyx Hafiziyə də danışmışdım. 1970-ci ildə Məşhəd həbsxanasında onunla bir kamerada qalmışdıq. Mən prezident seçiləndən sonra yanıma gəlib dedi: "Seçki günü Məkkədə idim. Fəqih rəhbərin oradakı ofisinə səs verməyə gedəndə həmin yuxunu və ananızın təbirini xatırlayıb ağladım. Bildim ki, məsələ yalnız həbslə bitmirmiş". 193

Həbsxana mühitinə müxtəlif fiziki və mənəvi qorxular hakim idi. Polis, müstəntiq və nəzarətçilər müsəlman dustaqlara sonsuz qəddarlıqla işgəncə verirdilər. Bütün bunlara baxmayaraq, orada möhtəşəm bir fenomenlə rastlaşdım. Bu, İslamın əzəmətindən ibarət idi. İslam ardıcılları məzlum, İslam düşmənləri isə güclü olsalar da, bu əzəmət nəzərə çarpırdı. 193

Həbsimin son illərində repressiya son dərəcə sərtləşdi. Heç kim İslamın ictimai sahədə fəallaşacağını ehtimal etmirdi. Biz Quranın müjdələrini oxuyub duruş gətirir, namazlarda tez-tez Kövsər surəsini oxuyub özümüzə təlqin edirdik ki, Kövsər İslam dövləti ilə nəticələnməlidir. Lakin bütün maddi hesablamalar bunun imkansızlığını göstərirdi. 194

Bütün bu problemlər fonunda bir gün həbsxananın dindirmə otağına çağırıldım. Məni həmişəkinə deyil, başqa bir otağa apardılar. İnqilabdan sonra ölkədən qaçan Baş müstəntiq Kavə təbəssümlə içəri girdi, mehriban tərzdə danışmağa başlayıb halımı soruşdu. Mən təəccübləndim. Onun özü məni döyənlərdən olmuş, birdən-birə mehriban adama çevrilmişdi! O, ittihamımın yüngüllüyündən danışmağa başladı. Bu zaman mənim işimə baxan müstəntiq Müşiri içəri girib yanımda oturdu. Kavə də stolun arxasına keçdi. Kavə gənc idi, amma müstəntiqlərə rəhbərlik edirdi. Kavə sözünə davam edib Müşirinin mənə kömək edə biləcəyini söylədi. 194


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin