Bildim ki, bu sözlərlə mənim tezliklə azad olunacağımı bildirmək, başıma gələnlərin məsuliyyətini bu kiçik müstəntiqin boynuna yıxmaq istəyir. 194
Müşiri Kavəyə cavab vermək fürsətini fövtə verməyib incə tərzdə dedi: "Bəli, işinizi asanlaşdırmaq mənim Allahımdandır, amma bilirəm ki, bu məsələ bizim rəisimizdən asılıdır. Məndən gənc olsa da, onun parlaq gələcəyi var!" 194
Bildim ki, məni azad etmək istəyirlər. Bəs bu şirindillik nə üçün idi? Onların mənim qarşımda belə söhbəti nədən irəli gəlirdi? Nə üçün hər biri özünü təmizə çıxarmağa çalışırdı? Mən silahsız biri idim, xüsusi gücüm yox idi, məni asanlıqla öldürə də bilərdilər. 194
Onlardan qabaq başqa bir müstəntiq olan Kuçisfahani də mənimlə görüşüb öz dindarlığından danışmışdı. Mənə demişdi ki, uşaqlıqda tez-tez Rəştin məşhur ruhanilərindən olan Şeyx Hisamın dini söhbətlərini dinləməyə gedirmiş. O nə üçün özünü dindar göstərmək istəyirdi? Bütün bunların səbəbi yalnız İslamın qüdrəti idi. Elələri nə qədər güclü olsalar da, müsəlman insan qarşısında kiçik və aciz olduqlarını bilirlər. 195
İki dustaqla birgə kamerada oturmuşdum. Onların biri ruhani idi, haqqında danışdım. Digəri də fədakar mübarizlərdən və mərhum Şahabadinin nəvəsi idi. 195