Məni Kavənin otağına apardı. O məni görən kimi dedi: "Sən azadsan". 195
Çox təəccübləndim. İnana bilmirdim. Onun otağından üzümü bağlamadan çıxmağıma icazə verildi. Həbsxananın dəhlizini ilk dəfə görürdüm. 195
Sonradan mənim azad olunduğumu eşidən hər kəs təəccüblə soruşurdu: "Səni nə üçün azad etdilər?" Mən tez cavab verirdim: "Həbsxana rəhbərliyinə etiraz etməlisiz!" 195
Kameraya girəndə yoldaşlarımdan birinin orada olduğunu, birinin isə getdiyini gördüm. Mənim azad edildiyimə sevindi. Onunla sağollaşdım. Sonra məni geyim otağına apardılar. Həbsxanaya girəndə paltarlarımızı orada çıxarmışdıq. Axşamüstü və hava isti idi. Yay hələ btməmişdi. Qışda həbs olunduğuma görə təhvil verdiklərim qış paltarları idi. 195
Qəba və əbamı geyinib əmmaməni başıma qoydum. Həbsxananın qapısından çıxanda mənə hər şey yeni görünür, maraqlı gəlirdi: insanlar, nəzarətçisiz yol yerimək... Uzunmüddətli qaranlıqdan sonra işıqlar gözlərimi ağrıdırdı. 196
Həbsxanada olanda azadlığa çıxmağımı həmişə yuxuda görürdüm. Dustaqlar ürəklərində olan arzuları yuxuda görürlər. Düşünürdüm ki, görəsən, bu da yuxudurmu? 196
Həbsxananın yaxınlığında yerləşən Topxana tərəfə getdim. Ac idim. Üstümdə bir qədər pul da vardı. Yemək alıb yedim. Yadıma da düşmədi ki, mənim kimisi özünə fikir verməli, küçədə bir şey yeməməlidir. 196
Sonra Doktor Behiştigilə zəng vurdum. İnanmırdı: "Bu sizsiz? Çıxmısız? Necə azad etdilər?" Sonra dedi ki, səbirsizliklə sizi gözləyirəm. 196
Ağa Behiştinin evinə getdim. Qardaş Şəfiq də orada idi. Ağa Behiştigildən çıxmaq istəyirmiş, zəngimdən sonra məni görmək üçün qalmışdı. 196
Məndə onların diqqətini ilk cəlb edən məsələ saqqalımın qırxılması oldu. Təəccübləndilər. Dedim ki, qırxıblar, amma yenə əvvəlki kimi olacaq! Bir qədər orada qaldım, sonra bir qədər pul alıb Tehranda yaşayan böyük qardaşımgilə getdim. Oradan Məşhədə zəng vurdum, sonra da şəhərimizə yollandım. 196
Yaxınlarım həbs müddətimdə çəkdikləri əzab-əziyyətlər haqda qəribə sözlər danışdılar. Oğlum Müctəba pak, məsum, duyğusal, mənəviyyatlı və bəzi ibadətlərə bağlı uşaq idi. Yoldaşım danışırdı ki, anası onu İmam Rzanın (ə) məqbərəsinə aparıb. Ona deyirmiş ki, İmam Rzaya (ə) təvəssül et və Allah-Taaladan istə atanı həbsxanadan azad etsin. Uşaq məsumcasına imama üz tutub təvəssül edirmiş. Bir axşam da nənəsi ilə məqbərəyə gedib və eyni işi görmüşdü, ancaq onda çox kədərlənmiş, ağlamış, uşaq səbrinin tükəndiyini və narahatlığının dərinliyini göstərən tərzdə, qarşısında dayanmış bir adam kimi İmam Rza (ə) ilə danışmış, çox ağlamışdı. Belə ki nənəsi öz işinə peşman olmuş, qərara gəlmişdi ki, bundan sonra Müctəbadan dua etməsini istəməsin. İki gündən sonra isə telefon çalınmış və səsimi eşitmişdilər. Azadlığa çıxandan sonra qardaşımın Tehrandakı evindən onlara zəng vurmuşdum. 196