Mirvariyə çevrilən ürək qanı


Əslində, rastlaşdığım və görüşdüyüm bütün sünni qardaşlarla söhbətim bu səpkidə olurdu. Onların ixlaslı adamları bu ideya ilə razılaşırdılar. 208



Yüklə 1,52 Mb.
səhifə232/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   228   229   230   231   232   233   234   235   ...   239
Əslində, rastlaşdığım və görüşdüyüm bütün sünni qardaşlarla söhbətim bu səpkidə olurdu. Onların ixlaslı adamları bu ideya ilə razılaşırdılar. 208

Bu əməkdaşlıq çərçivəsində sadə bir təklif irəli sürdüm: Əhli-sünnə rəvayətinə görə, Peyğəmbərin (s) mövludu olan 12 rəbiüləvvəldən Şiə hədislərinin göstərdiyi 17 rəbiüləvvələ qədər şiə və sünnilər arasında müştərək bayram tədbiri keçirmək. 208

Ali-Rəsul məscidini bayram tədbirinə hazırladıq. Mövlud isti yay günlərinə təsadüf edirdi. Havanın temperaturu günəş altında 63, kölgədə isə 53 dərəcəyə çatırdı. O zaman bizim üçün ən çətin işlərdən biri günorta vaxtı tualetə getmək idi. Tualet həyətdə yerləşirdi, oraya getməkdən ötrü 20 metr günəş altında yerimək lazım idi. Günəşin istisi adamın üzünü kabab edir, dərisini yandırırdı. Günboyu hava eləcə isti olurdu. Axşam saat onda mülayim bir külək hiss olunurdu. Külək get-gedə çoxalıb havanı sərinlədirdi, amma yer hələ də isti qalırdı; nə qədər döşəkçə atırdınsa, yenə də üstündə rahat oturmaq olmurdu. 209

Bayram günü isə hava tam fərqli oldu. Buludlar qalxıb günəşin önünü tutdu, günün o saatlarında misli görünməmiş sərin külək əsməyə başladı, ardınca da azca yağış yağdı. Bildik ki, axşam gözəl hava olacaq. 209

Axşamüstü insanlar dəstə-dəstə bayıra çıxıb havadan həzz alır və Ali-Rəsul məscidinə yollanırdılar. Məscid, şəbistan və eyvan adamla doldu. Şəbistana bahalı xalçalar döşənmişdi. Mehrabda şam namazına başladım. Namazın ikinci rəkətində qəribə bir səs gəldi; sanki bir araba xurma ağacının budaqlarını yerlə sürüyə-sürüyə gedirdi. Səs kəsilmədi. Araba olsaydı, keçər və səs bitərdi. Bir qədər sonra suyun şırıltısını eşidəndə bildim ki, sel gəlib. 209

Namazdan sonra gördük ki, şəhəri sel basıb, su yerdən yarım metr hündürdə olan eyvana da çatıb. Ucadan camaata dedim ki, məscidin xalçalarını toplayıb hündür bir yerə qoysunlar, uşaq və qadınlardan ehtiyatlı olsunlar. Sel 2-3 saat davam etdi, o müddətdə evlərin bir-bir uçma səslərini eşidirdik. Hətta qorxdum ki, məscid də uçar. Hər şey qorxunc idi: elektrik enerjisi kəsildiyinə görə hər yerin qaranlıq olması, amansız gur sel, evlərin uçması, insanların qışqırtısı... 209

Belə böhranlı və qorxulu şəraitdə insanın beyni fəallaşır, mövcud vəziyyətə qarşı mübarizə üçün hər bir yola əl atır. Əvvəllər eşitmişdim ki, belə qaçılmaz vəziyyətlərdə təhlükəni uzaqlaşdırmaqdan ötrü Allah-Taalanın izni ilə İmam Hüseyn (ə) torpağına təvəssül etmək olar. Allahın Peyğəmbər (s) gülünün məzarı sayəsində şərəfləndirdiyi Kərbəla torpağının bir parçası cibimdə idi. Onu çıxarıb Allaha təvəkküllə selin içinə atdım. Allahın lütfü ilə çox keçmədən sel dayandı. 210


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin