Mirvariyə çevrilən ürək qanı


Birinci fəsil: O günlər... İkinci mərtəbədə otaq



Yüklə 1,52 Mb.
səhifə3/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   2   3   4   5   6   7   8   9   ...   239

Birinci fəsil: O günlər...

İkinci mərtəbədə otaq


Mən 1939-cu ilin aprel ayında Xorasan vilayətinin inzibati mərkəzi olan Məşhəd şəhərində, səkkizinci imam Əli ibn Musa Rzanın (ə) məqbərəsinin yaxınlığında dünyaya gəlmişəm.

Dünyaya göz açdığım ev ikiotaqlı sadə bir ev idi. İkinci mərtəbədəki bir otaqda ata-anamla körpə uşaqlar qalırdılar, birinci mərtəbədəki otaq isə bacılarımın idi. Atam anamla ailə qurmazdan öncə onların anaları dünyadan köçmüşdü. Təxminən otuz ildən sonra evimiz təmir ediləndə bacılarımın otağını bölüb iki otağa çevirdilər.

Bir yaşım olanda ana tərəfdən babam Seyid Haşim Mirdamadi Nəcəfabadigilə1 köçdük. O, elm, təqva və Quran təfsiri sahəsində tanınmış alimlərdən idi, mən dünyaya gəlməzdən bir neçə il öncə Rza şah tərəfindən sürgün edilmişdi. Onun evi nisbətən geniş idi. O, sürgündən qayıdandan sonra yenidən öz evimizə qayıtdıq.

Sonralar atamın bəzi mürid və dostları evimizi genişləndirməyə başladılar. Yanındakı boş yeri alıb evi böyütdülər, sahəsi 200 kv metrə yaxın oldu. Həmin evdən indi ümumi hüseyniyyə kimi istifadə olunur.

Evdə az sayda sadə əşyalar vardı. Danışdığım tarixdən təxminən 45 il sonra atam vəfat edəndə onların dəyəri 40 min tüməndən bir qədər artıq idi. Əlbəttə, bu məbləğ kitablara şamil olmurdu.

Mən evin ikinci oğluyam. Seyid Məhəmməd məndən böyükdür. Ondan əlavə iki qardaşım və bir neçə bacım da var.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin