Mirvariyə çevrilən ürək qanı


Bu il bayram keçirilməyəcək



Yüklə 1,52 Mb.
səhifə30/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   26   27   28   29   30   31   32   33   ...   239

Bu il bayram keçirilməyəcək


Novruz bayramı yaxınlaşdı. İranlılar qədim adətlərinə uyğun olaraq, novruz bayramı və yeni ilin gəlişi münasibəti ilə şənlik etməli, təzə paltarlar geyinməli, baharı qarşılamalı idilər. İmam Xomeyni isə öncədən elan etdi ki, biz əzadarıq və bu il bayram keçirilməyəcək.

Bu bəyanatın səbəbi Tehranda keçirilmiş, möminlərin, o cümlədən ovaxtkı müctəhidlərdən olan Ayətullah Seyid Əhməd Xansarinin iştirak etdiyi dinc yürüşə olunan hücum idi. Bir təqlid müctəhidinin ümumxalq yürüşündə iştirak etməsi böyük hadisə idi, lakin ondan da böyük olan həmin yürüşə şah cəlladlarının basqını idi. Onlar nümayişçiləri döydülər, hətta ağa Xansari də xəsarət aldı.

Matəm bəyanatından sonra bütün gənc hövzə tələbələri əzadarlıq zamanı olduğu kimi qara paltarlar geyindilər. Bəziləri yalnız qara köynəklə kifayətləndilər, bəziləri isə bütünlüklə qaraya büründülər. Yadımdadır, o vaxt qara köynək tikdirmək üçün dərziyə getmişdim.

Martın 21-i baharın ilk günü, 22-i isə İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümü idi. Müctəhidlər adətən, həmin gün əza məclisləri keçirirlər. İmam Xomeyninin məclisi evində, Şəriətmədarinin məclisi isə tikdiyi mədrəsədə keçirilirdi. Hər iki məclis günortadan öncəyə salınmışdı. Ağa Gülpayiqaninin məclisi isə günortadan sonra Feyziyyə mədrəsəsində olacaqdı.

Şah rejimi Qum alimlərindən intiqam almaq üçün xüsusən belə bir gündə öz planını icra etdi. Şah qvardiyasının bəzi dəstələri Quma gəldilər. Plan bu idi ki, İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə keçirilən məclislərdə qarışıqlıq salsınlar, sonra öz güclərini göstərib hövzə tələbələrini qanlarına qəltan etsinlər.

Onlar İmam Xomeyninin məclisini pozmaq istəyirdilər. Lakin rövzə evin içində oxunurdu. Onun evi dar və dolanbac küçələrdə yerləşirdi. Buna görə planları orada baş tuta bilməzdi. Bundan əlavə, ruhanilərin biri ayağa qalxıb ucadan bu planı ifşa etdi, onları hədələdi və təxribatçıların fürsətləri əllərindən çıxdı. Onlar bu işi ağa Şəriətmədarinin məclisində görmək istədilər. Lakin onun tərəfdarı kimi məşhur olan cahil məsləkli bir adam bundan xəbər tutub ayağa qalxdı və hamıya dedi: "Kim bu məclisi pozmaq istəsə, belini qıraram". Və onlar Feyziyyə mədrəsəsində məqsədlərinə nail oldular.

Feyziyyə mədrəsəsindəki əza məclisi böyük bir faciəyə çevrildi və bu, daimi bir ləkə kimi şah rejiminin alnında qaldı. Şah qvardiyası hövzə tələbələrinə hücum edib döydülər; bəzilərini öldürdülər, bəzilərini yuxarı mərtəbədən mədrəsənin həyətinə atdılar, hücrələrdəki zəruri əşyaları bayıra çıxarıb yandırdılar. Orada çoxlu cinayətlər törədildi.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin