Mirvariyə çevrilən ürək qanı


Oğlum, səninlə fəxr edirəm



Yüklə 1,52 Mb.
səhifə40/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   36   37   38   39   40   41   42   43   ...   239

Oğlum, səninlə fəxr edirəm


Həbs olunandan üç gün sonra bir zabit zindana gəlib dedi: "Sabah azadlığa buraxılacaqsan". Təəccüblənib öz-özümə düşündüm ki, yəqin dostlardan biri vasitəçilik edib. Bu fikirlə Quranı açdım və bu ayə ilə rastlaşdım: "Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər".1 Günlər ötdü və mən azadlığa çıxmadım.

Orada çox qalmasam da, olduqca qorxunc idi. İlk həbs təcrübəm hesab olunurdu. O günlərdə ölkədə qanlı hadisələr baş verirdi, İslam hərəkatı və müsəlman təbliğatçılar hər yerdə təhlükə altında idilər, hakimiyyət rəhmsizcəsinə hamını əzirdi. Lakin Allah sıxıntıdan sonra rahatlığın yaranmasını istəyirmiş. Həbs müddəti səkkiz-doqquz gün çəkdi, ondan sonra digər dustaqlarla birgə azadlığa çıxdıq.

Azadlığın ilk günü yadımdan çıxmaz. İyun ayının ortaları, ilin ən uzun günlərindən biri idi. Axşamüstü bir zabit yanımıza gəlib azad olunduğumuzu söylədi. Əşyalarımızı toplayıb otaqlarımızda oturduq. Sonra bizi otaqların arasından keçən dəhlizə topladılar, zindanın qapısını açıb dedilər ki, gedin. Bu şəkildə, heç bir qeydiyyat aparılmadan, anket doldurmadan oradan çıxıb bir-birimizlə sağollaşdıq. Mən oradan evimizə qədər çox da uzun olmayan yolu iti addımlarla getməyə başladım.

Yolda mənə xüsusi bir hiss hakim oldu. Bu hiss sevinc, qorxu və xəcalətin qarışığından ibarət idi. Saqqalımın qırxıldığına görə utanır, valideynlərimin siyasi işlərə qarışdığıma görə məni qınayacaqlarından qorxurdum.

Evdə məni olduqca səmimi qarşıladılar, azadlığa çıxdığıma görə sevindilər. Oturub çay içəndə anamın mənə dediyi ilk sözü bu oldu: "Allah yolunda bu işləri gördüyünə görə sənin kimi oğulla fəxr edirəm". Rahat nəfəs alıb Allaha şükür etdim. Anamın bu sözü mənim sonrakı fəaliyyətlərimə stimul verdi.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin