Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə42/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   38   39   40   41   42   43   44   45   ...   239

Muzdur ruhani


Ağa Kəfəmi gecikdiyimə görə narazılığını bildirdi. Ruhani ramazan ayından öncə təbliğat yerində olmalı idi, mənsə ayın birində çatmışdım. O mənə dedi: "Məscid gecə-gündüz sizin ixtiyarınızdadır, amma Məşhəddən bir şeyx də gəlib, o da moizə edəcək".

Mən o şeyxi tanıyırdım; rejimin muzduru idi, şahın elan etdiyi altı qanun layihəsini dəstəkləyir və müxalifləri pisləyirdi. Bu xəbər gözlənilməz oldu. Ağa Kəfəmiyə dedim: "Gərək ona moizə imkanı yaratmayasız". Biz bu haqda danışdığımız halda birdən həmin şeyx içəri girdi. Ağa Kəfəminin siması dəyişdi, üzündə iztirab əlamətləri göründü, ancaq mən şeyxə əsla fikir vermədim. Sonralar ağa Kəfəmi o şeyxə qarşı etinasızlığımı yada salıb məni tərifləyirdi.

Sözügedən ruhani yaltaq adam idi. İçəri girən kimi yalançı təbəssüm və mehribanlıqla, süni yaltaqlığı bildirən hərəkətlərlə mənimlə salamlaşdı. Ona baxmadan soyuq cavab verdim, yerimdən qalxmadım. Dərhal ağa Kəfəmi ilə söhbəti davam etdirib məclisi ələ aldım. Mən onda gəncliyin əvvəllərində idim, üstəlik, həmin şeyx ibtidai məktəbdə bizim müəllimimiz olmuşdu.

Sonradan ağa Kəfəmi dedi ki, onu dəvət etməyə məcbur imiş. Çünki Zahidandakı dövlət məmurlarının qohumları arasında tərəfdarları varmış. Onlar ağa Kəfəmiyə təzyiq göstəriblər ki, Zahidana gələndən sonra onu məscidə dəvət etsin. Ağa Kəfəminin məscidi Zahidan şəhərindəki yeganə şiə məscidi idi.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin