Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə47/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   43   44   45   46   47   48   49   50   ...   239

İlk təyyarə yolçuluğu


Məni səhər tezdən SAVAK-ın binasına apardılar. Axşamüstünə qədər orada qaldım. Bu müddətdə mənimlə sorğu-sual etdilər. Müstəntiqin mənim uşaqlıq dostlarımdan olduğunu görüb təəccübləndim. Biz uşaq vaxtı onunla və qardaşı ilə bir yerdə oynayırdıq, atası və bəzi qardaşları seyid alimlərdən idilər.

Axşamüstü məni hava limanına aparıb iki SAVAK əməkdaşı ilə birgə təyyarəyə mindirdilər. Təyyarə mənə bəlli olmayan bir istiqamətə uçmağa başladı. Sonra bildim ki, Tehrana gedirik.

Bu, mənim ilk təyyarə yolçuluğum idi, o vaxta qədər təyyarəyə minməmişdim. Təsadüfən, İslam inqilabından sonra ilk hava yolçuluğum da Zahidana oldu. İmam Xomeyni məni bir sərəncamla1 Bəlucistana göndərmişdi. 1978-ci ildə Bəlucistanın İranşəhr şəhərində mənimlə birgə sürgündə olmuş Raşid Yəzdi də mənimlə idi. Təyyarə ilə Tehrandan Kirmana, İslam respublikası quruluşuna dair referendum günü də oradan Zahidana uçduq. Bölgənin bir çox şeyxləri hava limanına bizi qarşılamağa gəlmişdilər. Orada onlara dedim: "Mən həyatımın ilk təyyarə səfərində bu hava limanını tərk etmişdim. İnqilabdan sonra ilk səfərimdə də bu hava limanına qədəm qoyuram".


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin