Mirvariyə çevrilən ürək qanı


Zindanda ramazan məclisləri



Yüklə 1,52 Mb.
səhifə53/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   49   50   51   52   53   54   55   56   ...   239

Zindanda ramazan məclisləri


Ramazan ayı idi. Xuzistanlı qardaşlar iftardan sonra koridora toplaşıb ədyal sərir, çay hazırlayır, qəlyan çəkirdilər.

Mən kameranın içindən onlara baxırdım. Sonradan mənə də koridora çıxmağa icazə veriləndə onlara qoşuldum. Qərara gəldik ki, hər axşam onlara dini söhbət edim, sonra da yaxşı səsi olan Seyid Kazim İmam Hüseynin (ə) müsibətlərindən oxusun. Mənim söhbətlərim dolayı şəkildə hakimiyyətə qarşı olurdu. Həzrət Əmirəlmömininin (ə) həyatı, ədaləti və İslam dövlətinin başçısının xüsusiyyətləri haqda danışırdım. Onlar təbii ki, bu mövzulardan razı qalırdılar, çünki onların amal, ümid və əzablarına uyğun mövzular idi.

Məclisin xərclərini hər axşam bir nəfər ödəyirdi. Pulsuz olduğuma görə bu qayda mənə aid deyildi. Əsas xərc də çay və şəkər xərci idi.

Zindanda Avanesyan adlı bir erməni də vardı. Sonradan bildik ki, o, Kommunist partiyasının rəhbərlərindəndir. O, digər dustaqlardan çoxlu pulu və imkanları ilə seçilirdi. Bir dəfə bizim ramazan məclislərimizə yaxınlaşdı, mənim söhbətimi dinləyib çox sevindi. Bir neçə gündən sonra yanımıza gəlib dedi ki, icazə verin, növbəti məclisin xərcini üzərimə götürüm.

Biz kameralarda bir-birimizə baş çəkməyə gedirdik. Ərəb qardaşlar mənim yanıma çox gəlirdilər, mən də onların kameralarına gedirdim.

Mən kameranın təmizliyinə çox əhəmiyyətli yanaşırdım, amma digərləri riayət etmirdilər, siqaretin külünü və kötüyünü yerə atmağa vərdiş etmişdilər. Siqaret qutularından külqabı düzəltmişdim, onların biri siqaret çəkəndə külqabını əlinin altına qoyurdum. Həmin adam da mənə təəccüblə baxıb əlini yana çevirirdi ki, siqaretin külü külqabıya tökülməsin!



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin