Mirvariyə çevrilən ürək qanı


Ağa seyid, cəddin bizimlədir



Yüklə 1,52 Mb.
səhifə57/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   53   54   55   56   57   58   59   60   ...   239

Ağa seyid, cəddin bizimlədir


Bir gün günorta namazından sonra zindanın koridorunda tək oturub nahar yeyirdim. Yadımdadır, yemək bozbaş idi. Birdən bir məmur məni səsləyib dedi: "Rəis sizi çağırır". Əbamı çiynimə salıb rəisin kabinetinə getdim. Məni görən kimi dedi: "Sən azadsan. Əşyalarını topla, çıx!" Sevincək kameraya qayıtdım. Bu sevincdə bir qədər narahatçılıq da vardı; zindanda gecə-gündüz mehriban ünsiyyətdə olduğum qardaşlardan ayrıldığıma təəssüflənirdim.

Əşyalarımı topladığım yerdə bir nəzarətçi ucadan qışqırdı ki, Xamenei azad olundu. Bütün dustaqlar kameralarından çıxıb Tehrandakı qohumlarımın gətirdiyi ədyal və bu kimi digər əşyaları toplamağa kömək etməyə başladılar. Nəzarətçi əşyaları götürüb bayıra apardı. Sonra ərəb qardaşlar toplaşıb öz tərzləri ilə atılıb-düşür və təkrarlayırdılar: "Ya səyyid, cəddukə viyyana".1

Zindanda olanda mənə görüşü qadağan etmişdilər, heç kimlə görüşə bilməmişdim. Azadlığa çıxandan bir neçə gün sonra isə həftəlik görüş vaxtı şirniyyat alıb zindana getdim və qardaşlarla görüşdüm.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin