Mirvariyə çevrilən ürək qanı


Zindandan sonra İmam Xomeyni ilə görüş



Yüklə 1,52 Mb.
səhifə58/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   54   55   56   57   58   59   60   61   ...   239

Zindandan sonra İmam Xomeyni ilə görüş


Azadlığa çıxandan sonra müxtəlif təcridxanalarda saxlanan bəzi gənc ruhanilərin məndən bir neçə gün öncə azadlığa çıxdıqlarını və SAVAK-ın onları Qeytəriyyəyə İmam Xomeyni ilə görüşə apardığını eşitdim. SAVAK bu yolla ruhaniləri yumşaltmağa çalışırdı.

Mən də həvəslənib öz-özümə dedim ki, Allaha təvəkkül, imamın saxlandığı yerə gedəcəyəm, bəlkə mənə də görüş verdilər.

Ünvanı öyrənib Qeytəriyyəyə getdim. O zaman Qeytəriyyə boş məhəllə idi, tək-tük evlər vardı, indi isə çoxlu əhalisi olan yaşayış məntəqəsinə çevrilib. İmamın saxlandığı evə yaxınlaşdım. Keşikçilər evin hər tərəfini mühasirəyə almışdılar. Onların birinə dedim: "Mən zindandan yeni çıxmışam və digər dustaqlar kimi imamla görüşmək istəyirəm". Onların arasında fikir ayrılığı yarandı. Bəzisi deyirdi ki, sadə bir adamdır, bu qədər yol gəlib, icazə verək görüşsün, bəzisi isə razılaşmırdı. Nəhayət, razılığa gəldilər ki, bir neçə dəqiqəliyə icazə versinlər. Qapını döydüm. İmamın oğlu Hacı ağa Mustafa qapını açdı və məni görüb təəccübləndi. Nə vaxt azadlığa çıxdığımı soruşanda dedim ki, iki gün öncə.

Otağa girəndə ağanı qarşımda gördüm. Ürəyimdə qalmış hisslərim oyandı. Ümmətin və dostların vəziyyəti barədə danışıb builki ramazanın hədər getdiyini və məhərrəmə indidən hazırlaşmalı olduğumuzu bildirdim.

Bir neçə dəqiqədən sonra imamın evindən çıxdım.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin