İmam Hüseyn (ə) məclisi
Mən həbs olunandan bir neçə gün sonra məhərrəm ayı girdi. Qasimi zindanda dini ayinlərin icrasına kömək edir, dustaqları camaat namazına həvəsləndirirdi. Mən dustaq hərbçilərin pişnamazı idim, namazdan sonra moizə edirdim. Qasimi də məndən sonra rövzə oxuyurdu.
Bir neçə gün bu minvalla keçdi. Bir axşam növbətçi zabit içəri girib dustaq hərbçilərin siyasi bir məhbusun arxasında namaz qıldıqlarını gördü. O, zindana girəndə əsgərlərin farağat vəziyyətində dayanıb ona hərbi salam vermələrini gözləyirdi, amma hamının üzü qibləyə idi və heç kim ona məhəl qoymadı. Bu səhnə ona ağır gəldi, hirslə zindandan çıxdı.
Namaz qurtarandan sonra zindanın məsul işçilərindən biri mənə yaxınlaşıb dedi ki, burada camaat namazı qıla və hərbçilərə xütbə söyləyə bilməzsiniz. Bu qadağa mənim xeyrimə oldu, ondan sonra hərbçilərin mənimlə əlaqələri artdı. Onlara dedim ki, məclislərinizi davam etdirin və hər axşam oradakı “Haqq qalibdir”1 kitabından bir qədər oxuyun. Bu kitab İmam Hüseynin (ə) inqilabına dair təhlillərdən və Kərbəla şəhidlərinin həyatından ibarət idi.
Dostları ilə paylaş: |