Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə66/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   62   63   64   65   66   67   68   69   ...   239

Yarımçıq qeydlər


Mən bu zindanda gündəlik qeydlər yazmağa başladım, amma sona çatdıra bilmədim, ruhən yorulduğuma görə yazmağı buraxdım. Orada yazdığım son cümlə bu idi: “Burada yazmağı dayandırıram. Axı nə faydası ola bilər ki?!”

Bu gün həmin qeydlərə baxanda ardını yazmadığıma görə təəssüflənirəm. Düşündüyümün əksinə olaraq, faydasız deyilmiş.

Həmin zindanda Seyid Qütbün “İslam və svilizasiya problemləri” kitabını tərcümə etməyə başladım. Çoxunu tərcümə etdim, ancaq uzun müddət kiçik və qaranlıq kamerada qalmaqdan irəli gələn sıxıntı və narahatlığa görə bitirə bilmədim. Bu tərcümə yarımçıq qaldı, dördüncü dəfə həbs olunanda onu tamamladım. Bu baxımdan, kitabın tərcüməsi bir zindanda başladı, digərində bitdi.

Bu zindanda yazdığım qeydlər hərbçilər arasında hakim olan əxlaqsız hərəkətləri, bəzilərinin çirkin rəftarını və zabitlərin əsgərlərlə pis davranışını təsvir edir.

Qeydlər arasında dustaq bir zabit barədə sözlər də vardı. Xoşbəxtlikdən, həmin zabit dindar idi, şəriət hökmlərini həvəslə yerinə yetirirdi. Mövcud problemlərinə görə, adətən, zindanda çoxları dinə üz tutur, dua edirlər. Ora Allah-Taalanın “(Müşriklər) gəmiyə mindikləri zaman (batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək Allaha dua edərlər” - deyə buyurduğu gəmi kimidir.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin