Mirvariyə çevrilən ürək qanı


Onuncu fəsil: Nimdaş palaz Fələstinin səsi



Yüklə 1,52 Mb.
səhifə67/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   63   64   65   66   67   68   69   70   ...   239

Onuncu fəsil: Nimdaş palaz

Fələstinin səsi


Mənim əleyhimə SAVAK-a ötürülən çoxsaylı məlumatlardan sonra 1970-ci ildə həbs olundum. Həmin il yayın sonlarında bir gecə evdə oturub Fələstinin səsi radiosunu dinləyirdim. O günlər Qara sentyabr1 hadisəsinin baş verdiyi və fələstinlilərin İordaniyada faciəli şəkildə qətliam olunduğu zamana təsadüf edirdi. Orada böyük və dəhşətli faciə baş vermişdi. Dərin üzüntü içərisində Fələstinin səsi radiosunu dinləyib son qətliam xəbərlərini öyrənməkdən başqa əlimizdən heç nə gəlmirdi.

Xatırlayıram ki, həmin axşam radiodan Yasir Ərəfatın İordaniyadan ərəb dövlət başçılarının Qahirədə keçirilən konfransına göndərdiyi teleqramı yayımlanırdı. Diktor teleqramın mətnini oxuyur, mən də yazırdım. Məndə böyük təsir buraxdığına görə onun bəzi cümlələri hələ də yadımdadır. Yasir Ərəfat 1980-ci ildə Tehrana gələndə bəzi hissələrini ona da oxudum və bu ifadələri yada saldım: “Qan dəryası... İyirmi min ölü və yaralı...” Yasir Ərəfat dedi ki, iyirmi beş min ölü və yaralı!

Teleqramı dinləyib yazdığım yerdə birdən qardaşım Seyid Hadi həyəcanla gəlib dedi: “Sən burada oturmusan?!” Dedim ki, bəs harada oturmalıyam?! Dedi: “Səni həbs etməyiblər?!” Dedim: “Görürsən ki, qarşında oturmuşam!”

Oturub nəfəsini dərəndən sonra dedi: “Mən Gövhərşad məscidində oturmuşdum. Onların biri (İslam hərəkatına düşmən olan və zalım rejimi dəstəkləyən bir nəfərin adını çəkdi) dedi ki, Seyid Əli Xameneini tutublar”.

Qardaşım mənim evdə olduğuma əmin olandan sonra getdi. Bu məsələ bir qədər fikrimi məşğul etdi, ancaq çox da əhəmiyyət vermədim. Ertəsi gün günortadan qabaq adətim üzrə atamgilə getdim. Çünki hər gün onu görməyə gedir, bir qədər onunla oturur, elmi mövzularda söhbət edirdik. Atamın yanında oturduğum vaxt qapı döyüldü. Anam qapını açmağa getdi, az sonra narahat halda gəlib dedi: “İki SAVAK işçisi səni soruşurdu”.

- Nə dedin?

- Dedim ki, burada deyil.

- Ana, nə üçün yalan dedin?!

- Bunlar canavardırlar, şərlərini uzaqlaşdırmaq lazımdır.

O, SAVAK-ı və SAVAK əməkdaşlarını lənətləməklə, onlara qarğış etməklə hirsini soyutmağa çalışdı.

Atamın üzündə narahatlıq əlamətləri göründü. Mənə dedi: “Yenə nə olub? Nə üçün özünü təhlükəyə atmısan?”

Ata-anama təsəlli verib narahatlıqlarını aradan qaldırmağa çalışdım. Dedim ki, yəqin səhvən gəliblər, heç bir şey baş verməyib.

Sonra fikirləşdim ki, yəqin buradan bizə gedəcəklər; onlardan qabaq çatıb yoldaşıma xəbər verməliyəm ki, qorxmasın. Ata-anamla sağollaşıb tez evdən çıxdım. Öz evimizə çatanda gördüm ki, vəziyyət normaldır və heç kim gəlməyib. Baş verənləri yoldaşıma danışdım.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin