Elə bilirdim evində hər şey var
Dəbdəbədən qaçmaq mənim həyatımda çox böyük rol oynamışdır. Belə qeyri-zəruri təmtəraqlar insanı özünə qul edir. Bir ərəb şairi bu barədə belə deyib:
"Həyatın dəyərsiz vurğunluqları kişilərin boynunu əymiş, onları qul etmişdir".
Qum Elm Hövzəsində iki il dərs yoldaşım olmuş səmimi dostum Rəbbani Əmləşi bir dəfə yay tətilində Məşhədə gəldi. Mən onda Məşhəddə yaşayırdım, evim vardı, amma həmin vaxt bir neçə həftəliyə şəhərin yaxınlığında bir kənddə qalırdım. Məşhədin yaylaqlarında qalmaq ucuz başa gəlir, yay tətillərində hövzə tələbələri də adətən, Məşhəddəki həyatdan da ucuz başa gələn xərclə yaylaqların ev və ya otaqlarında qala bilirdilər. Ağa Rəbbaniyə dedim ki, bizim evimiz həftənin beş günü boşdur, orada qala bilərsiz. İki gündə isə İranın müxtəlif yerlərindən gəlmiş şəxslərlə dərslərimiz olur, səhərdən günortaya qədər ev gənclərlə dolurdu.
Evin açarını ona verib getdim. Bir neçə gündən sonra onu görəndə mənə təşəkkür edib dedi: "Mən elə bilirdim evinizdə hər bir şey var. Əgər əşyaları da yaylağa apardığınızı bilsəydim, otelə gedərdim". O, aramızdakı səmimi münasibəti göstərən tərzdə evdəki avadanlıq çatışmazlıqlarından şikayətləndi. Məsələni başa düşüb dedim: "Mən evdən yalnız bir neçə ədyal, bir qədər boşqab, bir kasa və bir neçə qaşıq götürmüşəm". Heyrətlə mənə baxıb dedi: "Nə danışırsan?!" Dedim: "Bəli, bizim əşyalarımız indi evdə gördüklərindən ibarətdir, bundan artıq bir şeyimiz yoxdur". Çox narahat oldu, başını yellədi və şikayətləndiyinə görə təəssüflənib bir söz dedi. Mən o sözü həmişə xatırlayıram.
Dostları ilə paylaş: |