Mirvariyə çevrilən ürək qanı


İmam Həsənin (ə) sülhü kitabı



Yüklə 1,52 Mb.
səhifə71/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   67   68   69   70   71   72   73   74   ...   239

İmam Həsənin (ə) sülhü kitabı


Qayıdıram atamgildən evimizə getmək məsələsinə. Evə qayıdan kimi yoldaşım həbsxanaya hazırlaşmağıma kömək etməyə başladı. Hər dəfə həbs ehtimalım çoxalanda bəzi zəruri əşyaları əldə edib həbsxanaya girməyə hazırlaşırdım; paltarlarımı dəyişdirir, dırnaqlarımı tutur, saqqalımı qısaldırdım. Onda da bu işləri gördüm.

"İmam Həsənin (ə) sülhü" kitabının tərcüməsi yarımçıq qaldığına görə narahat idim. Mən onu tərcümə edirdim, nəşriyyat da tez çap olunmasını istəyirdi. Tərcümə etdiyim hissəni alıb çapxanaya verdilər, çap nümunələrini korrektə üçün mənə göndərdilər. Bu baxımdan, kitabın bir hissəsi çap olunmuşdu, bir hissəsi tərcümə olunmuşdu və yenidən baxılmalı idi, bir hissəsi isə hələ tərcüməni gözləyirdi.

Vərəqləri səliqə ilə ayırmağa başladım ki, həbs olunsam, lazımi hissəsini həbsxanaya gətirsinlər. Dedim ki, bəlkə həbsxanada işimi tamamlamağa imkan yaranar. Sonra nahar yeməyimi yeyib zöhr və əsr namazlarımı qıldım və SAVAK əməkdaşlarını gözləməyə başladım. Bu zaman yoldaşım dərin yuxuya getdi.

Həbsxanada oxumağa icazə verəcəklərini düşündüyüm bəzi kitabları ayırmaq üçün kitabxanama girdim. Orada beynimə bir fikir gəldi: Nə üçün gizlənib təhlükəsiz bir yerdə kitabın tərcüməsini bitirməyim?! Sonra da nə olacaqsa, olsun! Bir neçə dəfə Quranla istixarə etdim, bütün ayələr məni gizlənməyə həvəsləndirirdi. Misal üçün, bir ayədə belə deyilirdi: "(Süleyman) dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar) qeyb olub gizləndi".

Vərəqləri yığmağa başladım. Yoldaşımı yuxudan oyadıb fikrimi söylədim. Sevinib dedi: "Harada gizlənəcəksən?" Dedim ki, bilmirəm, amma kitabı tamamlamaq istəyirəm, mənim üçün dua et. Onunla sağollaşdım. Evin nəzarət altında olduğunu güman edirdim, amma heç kimi görmədim.

Şair dostum mərhum Qulamrza Qüdsigilə getdim. Günortanın istisində qapısını döydüyümü görüb təəccübləndi. Məsələni ona danışdım. Xoşgəldin dedi və məni görməyinə çox sevindi. Çünki mənim kimi o da İslam dərdi çəkirdi. İsrar etdi ki, onun evində qalıb işimi bitirim, amma qəbul etməyib dedim: "Mən dörd divar arasında qala bilmərəm. Elə yerə getmək istəyirəm ki, azad hərəkət edə bilim". Ona dedim ki, dostum ağa Cəfər Qumini çağırsın və gizli yer barədə onunla məsləhətləşək. O da İslam hərəkatını düşünənlərdən idi, illərlə bu yolda əzab-əziyyət çəkmişdi.

Ağa Cəfər Qüdsigilə gəldi. Məsləhətləşəndən sonra qərara gəldik ki, Məşhədin yaxınlığındakı yaylaqlardan olan Əxləməd kəndində qalım. Məşhəddən çıxmaq üçün istixarə etdim. Ora getməkdən ötrü də istixarə etdim. Hər iki istixarənin nəticəsi yaxşı və ümidverici oldu.

Avtomobili olan yaxınlarımdan birini çağırdım. Ağa Cəfər tək olmayım deyə, israrla mənimlə gəlmək istədi. Orada bir ay, ya da bir qədər artıq qalıb kitabı tamamladım, Həsən ağa Nəyyiri Tehraninin1 çap etməsi üçün Tehrana yolladım.

Əxləməddən Məşhədə qayıdıb adi həyatımı davam etdirdim. Ora-bura gedir, məclislərdə iştirak edirdim. Kiminsə məni təqib etdiyini görmədim. Öz-özümə dedim ki, yəqin məni həbs etmək fikirlərindən daşınıblar və onları qıcıqlandıran məsələ mühüm deyilmiş. Buna əmin olandan sonra gizlətdiklərimi öz yerlərinə qaytardım. Ancaq yanılırdım, çünki sentyabrda SAVAK yenə gəldi və məni həbs etdi.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin