Mirvariyə çevrilən ürək qanı


On birinci fəsil: Hərbi tribunal



Yüklə 1,52 Mb.
səhifə72/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   68   69   70   71   72   73   74   75   ...   239

On birinci fəsil: Hərbi tribunal

Şir kimi ana


Nahar yeməyinə atamgilə dəvət olunmuşdum. Bəzi din alimləri də orada qonaq idilər. Mən oraya dörd-beş yaşlı oğlum Mustafa ilə getmişdim. Mustafanı anamın yanında qoyub özüm bayıra, atamgilin yanına getdim. Ruhanilərin evləri kiçik olsa da, adətən, iki hissədən ibarət olur: qonaqlara aid xarici hissə və ailəyə məxsus daxili hissə. Bu hissələrin hər birinin öz qapısı olur.

Qonaqlarla birgə nahar yediyimiz yerdə qardaşlarımın biri gəlib dedi: "SAVAK məmurları evə giriblər!" Mən qapıya doğru getdim ki, qonaqlar olan yerə gəlməsinlər. Gördüm ki, anam həyətdə iki SAVAK əməkdaşının qarşısını kəsib onlarla mübahisə edir. O, hicabla örtünüb üzünü tutmuş, amma şir kimi onların qarşısında dayanmışdı. Anamla mübahisə edən adam SAVAK-ın məşhur müstəntiqlərindən idi, inqilabdan sonra öldürüldü.

Onların sözlərindən başa düşdüm ki, SAVAK əməkdaşları əvvəlcə evin daxili hissəsinin qapısından giriblər, anam onları çıxarıb və deyib ki, Seyid Əli burada deyil. Nə qədər cəhd etsələr də, anam onları buraxmayıb qapını bağlamışdı. Onlar digər qapını döymüşdülər. Qardaşım qapıda kimin olduğunu bilmədən açmışdı, onlar da həyətə girib anamla mübahisəyə başlamışdılar. Mən həyətə çıxanda onların biri anama dedi: "Budur, Seyid Əli burdadır, nə üçün deyirsiz ki, evdə yoxdur?!" Anam yenə geri çəkilmir, onlara sərt cavablar verirdi.

Mən SAVAK müstəntiqinə dedim: "Siz bilirsiz bu xanım kimdir?" Anamın adını hörmətlə çəkib üzümü ona tutdum və dedim: "Anam, icazə verin, bunlarla mən danışım". Sonra SAVAK əməkdaşlarına dedim: "Nə istəyirsiz?" Dedilər ki, bizimlə gəlməlisən. Dedim ki, mən hazıram. Oğlum Mustafa bu müddətdə təəccüb və qorxu içində bizə baxırdı. Sağollaşdım və onu anama tapşırdım. Anamla da xudahafizləşdi. Gedəndə muzdurların biri anam barədə dediklərimə cavab olaraq təhqiramiz ifadə işlətdi. Ona sərt cavab verdim. Onlar məni SAVAK şöbəsinə apardılar.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin