Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə73/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   69   70   71   72   73   74   75   76   ...   239

Dindirmə otağı


Rəisin kabinetinə girdim. Dəbdəbəli və səliqəli divan-kreslo dəsti düzülmüş gözəl otaq idi. Otağın sonunda böyük bir stol vardı, rəis onun arxasında oturmuşdu. O, SAVAK rəislərinin adətinə uyğun olaraq, psixoloji təzyiq məqsədilə başını aşağı salıb özünü məşğul göstərməyə çalışırdı. Mən də öz adətim üzrə yumşaq bir kresloda oturub bir işlə məşğul olmağa başladım və ona məhəl qoymadığımı büruzə verdim. Belə olduğunu görüb başını qaldırdı və dedi: "Siz kimsiz?" Təbii ki, məni yaxşı tanıyırdı. Cavabını verdim. Dedi ki, ağa Xamenei, bəs siz bu vaxta qədər harada idiz? Suallarının qoyuluşundan bildim ki, SAVAK-ın informasiyaları yarımçıqdır. Onlar mənim gizləndiyimi düşünmüş, Məşhədə dönüşümdən xəbərsiz olmuş, atamgillə deyil, ayrı bir evdə yaşadığımı bilməmişlər. O zalım və qaniçən qurumun məlumatları və kəşfiyyat işləri bu səviyyədə idi.

Qışqırıb-danlamağa başladı. Bəzən ona eyni tərzdə cavab verirdim, bəzən də etinasız halda sakit qalırdım. Bu zaman bir müstəntiq əlində qalın bir qovluqla içəri girib rəisin yanında dayandı, qovluğu açıb onun önünə qoydu və barmağı ilə bəzi səhifələri göstərməyə başladı. Rəis başını yelləməklə oxuduqlarından narahat olduğunu bildirməyə çalışırdı. Onların bu hərəkətlərinin qurama olduğu aydın görünürdü. Məqsədləri məni qorxutmaq idi. Sonra rəis başını qaldırıb qəzəblə dedi: "Aparın!"

Məni SAVAK əməkdaşlarının dairəvi şəkildə dayandıqları bir otağa apardılar, ortaya salıb söyüş və təhqir yağdırmağa başladılar. Əvvəllər buna bənzər vəziyyətə düşdüyümə görə onlara sərt cavab verməyə hazırlıqlı idim. Əlbəttə, o vaxta qədər fiziki işgəncə tətbiq olunmurdu.

İndi də yadımdadır, SAVAK-ın polkovnik rütbəli, mülki geyimli, Nişat ləqəbli bir əməkdaşı mənə dedi: "Siz nə istəyirsiz?! Nəsə bacaracağınızı zənn edirsiz? Gör, Kral Hüseyn nə etdi! O, qüdrətli olmasa da, bir gündə beş min fələstinlini öldürdü. Ancaq biz qüdrətliyik və beş milyon adamı asanlıqla öldürə bilərik!”

Onun bu sözünə təəccübləndim. Çünki göstərdiyi rəqəm çox böyük idi. Ya nadan və aldanmış adam idi, ya da məni aldatmaq istəyirdi. Hər iki halda bu, onun səviyyəsizliyini göstərirdi.

Bundan əlavə, qələm və minbərdən başqa heç nəyi olmayan bir ruhaniyə bu sözü deməzlər. Bəli, əgər milyonluq üzvü olan bir hərəkatın rəhbəri olsaydım, bu təhdidi başa düşmək olardı. Lakin şəraitimi nəzərə alsaq, bu sözün mənası onu deyənin məndən olduqca zəif olmasından başqa bir şey deyildi. Onlar şəxsiyyət və məntiq baxımından həm zəif idilər, həm də dəli. Dəli birdən-birə insana hücum edib yerə yıxa bilər. Bu baxımdan, SAVAK əməkdaşlarına zəif, səviyyəsiz və dəyərsiz adamlar kimi baxırdım. Lakin dediyim səbəbə görə onlardan bir qədər qorxurdum da.

Ciblərimi axtarıb mühüm bir şey tapmadılar. Onlar otaqdan çıxdılar, mənsə bir saatdan çox tək qaldım. Sonra biri gəlib məni bayıra çıxardı.

Məni avtomobilə mindirib başqa bir binaya apardılar. İçəri girəndə ağ divarlarından üç il öncə saxlandığım həbsxana olduğunu bildim. Biz oranı ağ otel adlandırırdıq. Bu baxımdan, özümü yad bir yerdə hiss etmədim.

Məni bir kameraya saldılar. Həbsxanada təcrübəli və ağıllı çavuşlar da vardı. Onlar kameranın qapısına toplaşıb yeni dustağa hörmətlərini ifadə etməyə başladılar. Kameranın qapısı bağlı idi və mənə bayıra çıxmağa icazə verilmirdi.

Bir neçə gündən sonra Seyid Qütbün "İslam və sivilizasiya" problemləri kitabının tərcüməsini tamamlamaq fikrinə düşdüm. Mən üçüncü həbsdə kitabın dörddə üçünü tərcümə etmiş, dörddə birini də qardaşım Seyid Hadiyə tapşırmışdım. Ondan tərcümələrini alıb baxdım ki, öncəki fəsillərin tərcüməsi ilə eyni olsun. Sonra kitabın son fəslini tərcümə etdim. Bu fəsil öz üslubu və Qərb sivilizasiyasının hücumu baxımından güclü fəsil idi. Kitaba yaxşı bir müqəddimə yazdım, mətnə yeni terminlər və kreativ ifadələr əlavə edib orijinal mətndən ayırmaq üçün dırnaq arasında yerləşdirdim. Kitabın ilk səhifəsini də hazırladım. Bu iş təxminən bir ay çəkdi. Sonra onu qardaşım Seyid Hadiyə verib çap edəcək adamın adını söylədim.

Həmin günlərdə Şeyx Rəzi Ali-Yasinin yazdığı və mənim tərcümə etdiyim İmam Həsənin (ə) sülhü kitabının çap olunduğunu eşitdim. Bu kitab İmam Həsənin (ə) sülhü barədə tarixi təhlilləri ehtiva edirdi. Kitabın bir nüsxəsini gətirdilər və mən çox sevindim.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin