Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə76/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   72   73   74   75   76   77   78   79   ...   239

Maqut


Hələ kiçik kamerada olanda ramazan ayı gəldi. Buna çox sevindim. Ramazan ayını uşaqlıqdan sevirdim. Bu ayda gündəlik həyat tərzi dəyişir və oruc tutmuş adam xüsusi mənəvi həzz alır.

Ramazan ayının ilk günü keçdi, iftar vaxtı gəldi, amma mənə heç nə gətirmədilər. Çünki orduda və onun həbsxanasında ramazan ayının heç bir yeri yox idi. Namazımı qılıb keçmiş iftar xatirələri və iftar zamanı oruc tutanların sevinci barədə fikirləşməyə başladım. Ailə yanında, qaynar samovar önündə iftar süfrəsinin sevinc dolu anları gözlərim önündən keçdi. İftara məxsus yüngül yeməkləri, xüsusən məşhədlilərin məşhur maqut xörəyini xatırladım. Mən iftara ən çox onu sevirdim. Maqut su, nişasta və şəkərdən xüsusi tərzdə hazırlanır. Mənim yoldaşım digər yeməklər kimi onu da yaxşı bişirirdi. Birdən özümə gəlib Allahdan əfv dilədim. Bəlkə də bu xatirələr aclıqdan gözlərim önündə canlanırdı. Bəlkə də səbəb təklik idi. Hər halda, səbir etməli idim.

Şam namazından yarım saat sonra bir fincan çay tapdım. Bir qədər sonra isə şam yeməyi gətirdilər. Yemək dadsız olduğuna görə adam yemək istəmirdi. Lakin yenə də bir qədərini yeyib qalanını obaşdana saxladım. Obaşdanda da güclə yedim. Çünki o xörək əvvəldə də xoşagəlməz olurdu, qalandan sonra isə daha da pisləşirdi. İlk günüm belə keçdi. İkinci gün nəzarətçi dedi ki, sizə nə isə göndəriblər. Alıb açdım. İftarda arzuladığım xörəklərdən bir neçə boşqab göndərmişdilər. Xörəklər bir neçə nəfərə yetəcək həddə idi. Yoldaşım onları bişirib həbsxanaya göndərə bilmişdi. Həmin gün evdən çay avadanlıqları da gətirdilər. Gözəl və dadlı iftar üçün hər şey hazır idi. Onlardan özümə bəs edəcək qədər götürüb qalanını dustaqlara göndərdim. Bu iş hər gün təkrar olundu.

Ramazan gecələrində Quran qiraətinə, ibadət və duaya əlverişli şərait yaranırdı. Yadımdadır, fitr bayramı gecəsində min dəfə İxlas surəsi oxunan müstəhəb namazı qıldım.

Bu, həbsxanadakı ikinci ramazan təcrübəm idi. İlk həbsxanada ramazan ayının yarısını qalmışdım, ikincidə isə hamısını. Beşinci həbs zamanı yenə bütün ramazan ayını həbsxanada qaldım. Beşinci həbsdə çox çətinlik çəkdim, amma bütün məşəqqətlərinə baxmayaraq, nəfsin islahı, Allahla ünsiyyət və Quran ayələri üzərində təfəkkür baxımından çox səmərəli imkan idi. Bu həbsxanaya dair qeyd etdiyim xatirələrin çoxu mübarək ramazan ayına aiddir.

Bu və öncəki həbsxanada hərbçi dustaqlar arasında əxlaqi faciəyə canlı şahid oldum. Bu faciə diqqətsizlikdən çox xüsusi bir plandan xəbər verirdi. Həbsxanaya gətirilən hər şey güclü yoxlanışdan keçsə də, dustaqlar arasında narkotik maddələr geniş yayılmışdı.

Eşitmişdim ki, həbsxananın zabitlər saxlanan hissəsində araq da içirlər. Bu həbsxanalarda həşişdən narkotik maddə kimi istifadə edirdilər: məhbuslar fırlana-fırlana ondan çəkir, keflənib ağızlarına gələni danışırdılar. Sağlam bir gənc bu həbsxanalara girən kimi yoldan çıxırdı. Onlar daha çox üfunətli bir bataqlığa bənzəyirdi, Allahın xüsusi rəhm etdiyi adamlardan başqa hər kəs ona bulaşırdı. Hələ hərbi həbsxana olduğuna görə burada ciddi nizam-intizam vardı. Digər həbsxanaların vəziyyətini də özünüz təsəvvür edin.

Mən o şəraitdə mümkün olan hər kəsi xilas etməyə çalışırdım. Ramazan ayına bir qədər qalmış dustaqları toplayıb moizə etdim, ölümü, axirəti, qiyamətin sorğu-sualını yada saldım. And içib söz verdilər ki, oruc tutacaqlar. Birinci gün həqiqətən də tutdular. İkinci gün günortaya qədər dözdülər, amma həbsxananın fəsad dolu şəraiti iradələrini zəiflətdi, nəsihətlərimin təsiri sona çatdı və oruclarını yedilər. Xatirələrimdə kimin yalnız birinci gün, kimin də ikinci gün günortaya qədər oruc tutduğunu qeyd etmişəm.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin