Yaxın bir dostun qəribə rəftarı
Həmin gecə evə qayıdandan sonra İmam Rzanı (ə) ziyarət etmək və Gövhərşad məscidində namaz qılmaq üçün müqəddəs məqbərəyə yola düşdüm. Gec idi, həyətdə təxminən heç kim yox idi. Uzaqdan dostlarımdan və dərs yoldaşlarımdan ikisini gördüm. Onların biri yaxın dostumdur, bir-birimizə o qədər bənzəyirik ki, tanımayan adam görsə, qardaş olduğumuzu zənn edər. Onları görməyə çox sevindim. Həbs səbəbindən uzaq düşdüyüm dostları görmək həvəsilə onlara doğru getdim. Onların da mənə yaxınlaşacaqlarını, bu qədər ayrılıqdan sonra məni görməyə sevinəcəklərini gözləyirdim.
Onların yaxınlığına çatdım, salam vermək istəyəndə üzlərini yana çevirdilər. Deyəsən, biri o birinə belə demişdi: “O, həbsxanadan indi çıxıb, bəlkə də nəzarət altındadır. Ondan uzaqlaşaq!” Bu davranış mənə çox pis təsir etdi. Bir neçə saat əvvəl həbsxanadan azad olunan bir məhbus öz dostlarından, eyni dini amalları daşımalı olan şəxslərdən belə rəftar gözləmir.
Əslində, bəzi ruhanilərdən belə rəftarlar çox görmüşəm. Onların əksinə olaraq, mən həbs olunanda, hakimiyyətin zülmünə məruz qalanda gənclər, xüsusən də hövzə və universitet tələbələri daha çox başıma toplaşır, həmrəyliklərini bildirirdilər.
Dostları ilə paylaş: |