Apelyasiya məhkəməsi
Apelyasiya məhkəməsindən öncə bəzi sənədləri hazırlamaq üçün hərbi prokurorluğa müraciət etdim. Orada gənc bir zabitin mənə çox baxdığını hiss edirdim. Sanki nə isə demək istəyirdi. Ona yaxınlaşanda dilləndi.
– Sənə bir söz demək istəyirəm.
– Buyur.
– Birinci məhkəmədəki kimi çıxışlardan uzaq dur. Onlar sizdə xüsusi istedad görsələr, işinizi çətinləşdirəcəklər. Özünüzü sadəlövh və aldanmış bir adam kimi göstərsəniz, xeyrinizə olar.
Ona təşəkkür edib getdim. Lakin din alimlərinə təhqirlə yanaşan təkəbbürlü bir məhkəmə qarşısında özümü o şəkildə göstərə bilməzdim. Apelyasiya məhkəməsinə girəndə bildim ki, həmin gənc zabit məhkəmənin katibi imiş.
Məhkəmənin sədri əvvəllər Baş prokuror olmuş məşhur bir adam idi. O məni sual atəşinə tutdu. Müxtəlif məsələlər barədə fikrimi soruşur, mən də cavab verirdim. Sonra iki tərəfində oturmuş müşavirlərinə dedi: "Bu adamın on il həbsə ehtiyacı var ki, bütün vaxtını yazmağa və araşdırmağa sərf etsin".
Dedim: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"
Əlbəttə, məhkəmə sədri bu sözləri zarafata deyirdi, amma zarafatının məzmunu həmin gənc zabitin fikrini təsdiqləyirdi. Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxlamaqla bitdi.
Azadlığımdan çox keçməmiş yenə sentyabr ayında beşinci dəfə həbs olundum. Dördüncü həbsim 1970-ci ilin 24 sentyabrında baş tutmuşdu, beşinci həbsim də 1971-ci ilin 28 sentyabrına təsadüf etdi.
Dostları ilə paylaş: |