Təşkilat ifşa olunub
Onun bu hərəkətindən sonra daha da sevindim.
– Sən gəlməzdən öncə darıxırdım. Vaxtında gəlib qaranlıq gecəmi işıqlandırdın.
– Daha çox darıxıb kədərlənəcəksən.
Sözünə çox da fikir vermədim, ona yer göstərib çay gətirdim.
– Siz təşkilatın üzvüsüz?
Dərhal cavab verdi:
– Sakit ol! Ev dinlənə bilər.
Sözünə təəccüb edib istehza ilə dedim:
– Mən bir tələbəyəm, evimi nə üçün dinləsinlər ki?!
– Yox, məsələ düşündüyündən də mürəkkəbdir. Mən izah edəcəyəm.
Otaqdakı elektrik dəliklərini tutmaq üçün bir qədər xəmir istədi. Bir qədər həyəcan və təəccüblə ona xəmir gətirdim. Dəlikləri tutandan sonra oturdu.
– De görüm, nə olub?
Başını aşağı salıb bir qədər sakit qaldıqdan sonra dilləndi.
– Hər şey bitdi.
– Necə yəni? Nə bitdi?
– Təşkilat ifşa olunub, qardaşların adları bilinir, bəzilərini həbs ediblər.
Sonrakı sözlərindən bildim ki, mənimlə əlaqədə olan iki nəfər həbs olunub.
– Məni sizin yanınıza göndərdilər ki, evdə təşkilatla əlaqəli nə varsa, çıxarasınız, – dedi, sonra dəyərləndirmək üçün mənə göndərilmiş bülletenlər haqda danışmağa başladı: – Bu bülleteni məhv et... O bülleteni saxla və Tehranda filankəsə göndər...
– Siz özünüzlə Tehrana aparacaqsız?
– Yox, siz öz kanallarınızla göndərin.
Oturub məyus halda ona baxırdım, o da görməli olduğum işləri xatırladırdı. Bütün vücudumu qəm-kədər bürüdü. Məni bu halda qoyub getdi.
Dostları ilə paylaş: |