Mirvariyə çevrilən ürək qanı


Yazı və qeydlərimi apardılar



Yüklə 1,52 Mb.
səhifə83/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   79   80   81   82   83   84   85   86   ...   239

Yazı və qeydlərimi apardılar


Bu hadisə yayın ortalarında baş vermişdi. Günlər ötdü və payız gəldi. Tağut rejimi şahənşah imperatorluğunun 2500 illiyini qeyd etməyə hazırlaşırdı. Təhlükəsizlik tədbirləri artmış, islamçılara qarşı təzyiq güclənmişdi.

Sentyabr ayı gəldi. Qum alimlərindən biri ailəsi ilə Məşhədə gəlmişdi və bizdə qonaq idi. Onunla birgə kitabxana otağının yanındakı qonaq otağında oturmuşdum. İki otağın arasında bir qapı vardı. Qarşımızda nahar süfrəsi sərilmişdi. Birdən həyət qapısını və bir neçə saniyədən sonra otağın qapısını döydülər. Ayağa qalxıb qapını açdım. Yoldaşım dedi ki, SAVAK məmurları gəliblər. Təəccüblə soruşdum ki, SAVAK-dan gəldiklərini haradan bildin? And içdi ki, onlardır. Bəlkə də qapının tutqun şüşəsinin arxasından kölgələrini görmüşdü, ancaq kölgə adamın hansı təşkilatdan olduğunu göstərmir. O, ciddi şəkildə və tam əminliklə təkrarlayırdı ki, SAVAK əməkdaşlarıdır. Bəlkə də ona ilham olunmuşdu.

Gedib qapını açdım. Doğrudan da SAVAK-dan gəlmişdilər. Məni görən kimi gülməyə başladılar. Deyəsən gizləndiyimi və təsadüfən tələyə düşdüyümü zənn edib sevinirdilər. Evə doluşdular. Dəhlizin sonunda diqqətlərini cəlb edən ilk yer kitabxana oldu. Oranı alt-üst edib kitabların arasını axtarmağa başladılar. Onların biri otaqdakı bütün vərəqləri toplayırdı. Bu basqında yazı və qeydlərimin bir çoxu getdi və sonradan heç birini qaytarmadılar.

Dayanıb onlara baxır, öz-özümə deyirdim ki, kaş kitabxana ilə kifayətlənib qonaq otağına girməsinlər, qonağımı qorxutmasınlar. Bunu arzuladığım yerdə biri qapını açıb qonaq otağına girdi, qonağın yanında oturub ona sual yağdırmağa başladı.

Bütün kitabları yoxladılar, evin hər yerini axtardılar. Xatırlayıram ki, biri onaylıq göyçək və günahsız oğlum Müctəbanın beşiyinə yaxınlaşdı; ona baxır, yazığı gəlirdi. Sonra məni və topladıqları vərəqləri apardılar. Mindiyimiz avtomobil SAVAK-ın şöbəsinə doğru yola düşdü. Şöbə təzə binaya köçmüşdü. Orada bir otaqda təxminən bir saat oturdum, sonra gözlərimi bağlayıb məni şüşəsiz bir avtomobillə naməlum istiqamətə apardılar.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin