Mirvariyə çevrilən ürək qanı


Məşhədin siyasi həbsxanası



Yüklə 1,52 Mb.
səhifə84/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   80   81   82   83   84   85   86   87   ...   239

Məşhədin siyasi həbsxanası


Bir müddətdən sonra avtomobil dayandı, məni yerə endirib gözlərimi açdılar. Gördüm ki, hündür tavanlı geniş bir yerdir, ətrafında bir neçə kiçik otaq var. Daha çox böyük anbara bənzəyirdi. Sonralar öyrəndim ki, əvvəllər saxlandığım Məşhəd qarnizonunun sonunda yerləşən böyük bir tövlə imiş. Sonda başqa anbara açılan böyük bir qapı vardı. İkinci anbarın ortasında təxminən 20 metr uzunluğunda, 5 metr yarım enində uzun və alçaq bir bina vardı, hər iki tərəfində on kiçik qapı görünürdü. Onlar bu qədim binada tikilmiş yeni kameralar idi.

Qeyd etmişdim ki, Məşhəddə siyasi həbsxana yox idi. Mənim üçüncü və dördüncü həbsim hərbi həbsxananın buraxılış məntəqəsinin yanında keçmişdi. Həmin il qarnizonun sonunda siyasi dustaqlara bir həbsxana tikdilər və ona bayırdan qapı qoydular.

Orada ümumilikdə iyirmi kamera vardı. Binanın hər iki tərəfində su kranları və kiçik tualetlər nəzərdə tutulmuşdu. Məni dördüncü kameraya saldılar. O vaxta qədər elə kiçik otaq görməmişdim: hər tərəfi bir metr yarım uzunluğunda kvadrat bir yer idi; nə bacası vardı, nə işığı - zülmət qaranlıq idi. Dustaq yalnız qapı və ya qapıdakı kiçik baca açılanda işıq üzü görürdü.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin