Mirvariyə çevrilən ürək qanı


Dustaqların əhval-ruhiyyəsi



Yüklə 1,52 Mb.
səhifə85/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   81   82   83   84   85   86   87   88   ...   239

Dustaqların əhval-ruhiyyəsi


Mənə iki ədyal verdilər. Hava get-gedə soyuyurdu. Günəşin batmasına az qalırdı, mənsə hələ namaz qılmamışdım. Onlara dəstəmaz almaq istədiyimi bildirdim. Su kranlarının yanına getməyə icazə verdilər. Kameraların önündən keçəndə dustaqların qapı və bacaların nazik açıq yerlərindən məni görməyə çalışdıqlarını hiss etdim. Bir qapının yanından keçəndə bir nəfər asta və titrək səslə dedi ki, mən filankəsəm. Bildim ki, silahlı qrupun üzvlərindən biridir; həmin gün, ya da bir gün öncə həbs olunmuşdu, mən onun həbsindən xəbərsiz idim. Dustaqların əhval-ruhiyyələrinin çox aşağı olduğunu hiss etdim. Nəzarətçilərlə ucadan danışmağa başladım ki, dustaqlar səsimi eşidib ruhlansınlar. Bir dəfə soruşdum ki, dəstəmaz yeri haradadır, ikinci dəfə qiblənin istiqamətini soruşdum. Yadımdadır, qiblənin yerini soruşanda cavab verdilər ki, küncə tərəf. Bu zaman ucadan dedim ki, bəli, kameranın küncü həmişə qiblədir. Bu isə möminin qəlbinin Allaha yönəldiyinə, kameranın küncünün həmişə mömin üçün ibadət yeri olduğuna, Quranın təbirincə desək, bərəhut çölündə yerləşən ilahi mərkəz - Məkkə kimi olduğuna işarə idi.

Nəzarətçilərin biri əmmaməmi çıxarmamı istədi. Qəbul etmədim. Dedi ki, həbsxananın qanunu belədir. Dedim ki, mən bu qanunları qəbul etmirəm, öncəki həbsxanalarda da əmmaməmi heç kimə verməmişəm; rəisindən soruşa bilərsən.

Digər kameralardakı dustaqların səsimi eşidib ruhlanmalarından ötrü ucadan danışırdım. Belə sözlər adətən, qorxan qəlbləri sakitləşdirir. Azan və iqamədə, rüku və səcdə zikrlərində də səsimi ucaldırdım. Namazı bitirəndən sonra özümə gəlib dərin fikrə getdim: Məni niyə həbs etdilər?

Həbsimə çoxlu səbəb vardı, amma bu dəfə hansının buna gətirib çıxardığını, onların nəyi öyrəndiklərini bilmirdim.

Mənim gizli dərslərim çox olurdu: hövzə tələbələri üçün bir dərs yazır, sonra şərh edib onlara verirdim ki, surətini çıxarsınlar. Bu dərslər inqilab və İslam hərəkatı mövzusunda olurdu.

Həmin dərslərin birində altı tələbə iştirak edirdi. Başqa bir dərsdə üç tələbə, üçüncü dərsdə isə bir tələbə olurdu. Həmin bir tələbə əfqanıstanlı idi, sonralar Əfqanıstanın kommunist rejimi çoxlu din alimini qətlə yetirəndə şəhadətə qovuşdu.

Məktəb şagirdlərindən və universitet tələbələrindən ibarət gənclərlə başqa bir gizli dərsimiz də olurdu. Tacirlərlə də məxfi bir iclas keçirirdik. Digər fəaliyyət iclaslarında da bəzi hövzə tələbələri ilə siyasi vəziyyəti araşdırır və lazımi işləri görürdük; məsələn, bülleten çıxarır, Quma bülleten göndərir və ya oradan gətirirdik.

Bunlardan əlavə, qeyd etdiyim kimi, hakimiyyət əleyhinə silahlı mübarizəyə qalxmış gizli bir təşkilatla da əlaqəm vardı.

Bilmirdim ki, bu dərs və iclasların hansınınsa üstü açılıb, yoxsa həbsim Quran təfsiri və İslam təlimləri mövzusunda keçdiyim ümumi dərslərə görədir.

Əsas narahatlığım gizli iclaslardan ötrü idi. Bu iclaslar təhlükəsizlik orqanlarının yanında müdafiəolunası bir şey deyildi.

Allahdan bağışlanma istəyib işlərimi Ona tapşırdım, Ona sığındım. Kamerada ətrafıma baxdım. Yaddaşım məni keçmiş həbsxanalara qaytardı. Gördüm ki, həbsxana mühitinə alışmışam. O saata qədər bu həbsxana ilə öncəki həbsxanalar arasında bir fərq görmürdüm.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin