Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə88/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   84   85   86   87   88   89   90   91   ...   239

Mənim sevimli kameram


Hər şeyin sonu olduğu kimi, bu işgəncə də başa çatdı. Ayağımı açdılar. Ayağa qalxanda sağa-sola aşır, yol yeriyə bilmirdim. Hər iki ayağım şişmiş, ağrı bütün vücudumu bürümüşdü. Onların biri dedi: "Kamerana get, amma yenə gələcək və etiraf edəcəksən".

Kameraya girəndə məni qəribə rahatlıq hissi bürüdü, özümü təhlükəsiz yerdə hiss etdim. İşgəncə otağında üzləşdiyim cəlladlıqdan, əclafcasına işgəncədən sonra məni əhatə edən dörd divar və girişimdən sonra bağlanan qapı mənə xüsusi mənəvi rahatlıq verirdi.

Adətən, qürbət və tənhalıq hissi yaradan kameramı mənə rahat yerə çevirən Allaha şükür etdim. Yerdə oturdum, işgəncə olunmadan ayaqlarımı uzatmağın, ağır sözlər eşitmədən başımı divara söykəməyin həzzini yaşamağa başladım.

Dustaqlardan məlumat almaq üçün müxtəlif təzyiqlərə əl atırdılar. O cümlədən, ağ vərəq verib deyirdilər ki, etiraflarını sual-cavab şəklində yaz. Dustaq "nə yazım?" – deyə soruşsaydı, söyüş verə-verə vurur və deyirdilər: "Yaz! Yaz!" Bəzən bir dustaq iki-üç səhifə yazırdı, müstəntiq isə alıb təhqirlə baxır, gözləri önündə cırır, təkidlə daha çox yazmasını tələb edirdi.

Bütün işgəncə növlərini söyləyə bilmirəm. Onları sözlə təsvir etmək mümkün deyil. Təfsilata ehtiyac da yoxdur; ağrılı və narahatedicidir. Bu dərdli səhnələrdən keçib başqa şeylər söyləyəcəyəm ki, sizə istirahət və təsəlli olsun. İbrət almaq istəyənlər üçün ibrət də vardır.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin