Mirvariyə çevrilən ürək qanı


On üçüncü fəsil: Şifrəli taqqıltı



Yüklə 1,52 Mb.
səhifə94/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   90   91   92   93   94   95   96   97   ...   239

On üçüncü fəsil: Şifrəli taqqıltı

Məsciddə imamlıq


Altıncı həbsim 1974-cü ildə baş tutdu. Ozamankı ictimai mövqeyim beşinci həbsdən öncəki mövqeyimlə çox fərqli idi. Məscid imamı olduğuma görə geniş ictimai əlaqələrim vardı. Məscid imamlığına əvvəlcə İmam Həsən (ə) məscidində1 başladım, sonra isə Kəramət məscidində2 davam etdirdim. Birinci məscid bir küçədə yerləşən kiçik məscid idi, ikincisi isə böyük idi. O, təkcə böyüklüyünə görə deyil, həm də həssas yerdə, şəhərin dini mərkəzinin, yəni İmam Rzanın (ə) məqbərəsinin və dini mədrəsələrin yaxınlığında yerləşdiyinə görə əhəmiyyətli idi. Digər tərəfdən, şəhərin modern hissəsinə, universitet və kinoteatrların yerləşdiyi yerə yaxın idi. Eyni şəkildə bazarın, ticarət adamlarının da yaxınlığında yerləşirdi. Bu səbəbdən həmişə bir-birindən uzaq gəzmiş, bir-biri ilə ziddiyyətdə olmuş müxtəlif təbəqələrin birləşdiyi yer idi.

Məscidin fəaliyyəti genişlənəndə hakimiyyətin qıcıqlanmasına səbəb oldu. Odur ki müdaxilə edib orada imamlıq etməmin qarşısını aldılar.

Üç aydan sonra yenidən İmam Həsən (ə) məscidinə qayıtdım. Ora kiçik olduğuna və uzaqda yerləşdiyinə görə təhlükəsizlik orqanları üçün əhəmiyyətli deyildi. Bir hədisin təbirincə desək, quş yuvası qədərincə olan həmin kiçik məsciddə namaza başlayan kimi hövzə və universitet tələbələri və bazar adamları oraya üz tutdular. Belə ki məscidin yeri darlıq etdi və onu genişləndirmək qərarına gəldilər. Bu baxımdan, Kəramət məscidindən də böyük oldu. Həssaslığı azaltmaq məqsədilə yalnız cümə günləri axşam namazında pişnamaz olur, sonra çoxlu dinləyicilərin iştirakı ilə Nəhcül-bəlağə kitabını tədris edirdim.

Məsciddə imamlıqdan əlavə evim də müxtəlif təbəqələrin müraciət mərkəzinə çevrilmişdi. Oraya gəlib sual, istək və təkliflərini bildirir, fikirlərini bölüşürdülər. Hamını gülərüzlə qəbul edirdim. Bu söhbətlər bəzən gecənin yarısına qədər davam edirdi. Yalnız Məşhəddən deyildi, digər şəhərlərdən də gələnlər olurdu.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin