Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə98/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   94   95   96   97   98   99   100   101   ...   239

Qatarla Tehrana doğru


Ertəsi gün günortadan öncə SAVAK əməkdaşlarından biri gəlib dedi: "Əşyalarını topla!” Elə bildim, məni azadlığa buraxmaq istəyirlər. Çünki birinci gün əşyaları toplamaq mənasız idi.

Məni bir avtomobilə mindirib dəmiryolu vağzalında endirdilər. Bildim ki, Məşhəddən gedirəm. Lakin nə üçün qatarla? Nə üçün bu xəsislər bir təyyarə biletinə qıymayıblar? Vağzalda məni mülki geyimli iki polis təhvil aldı. Birini tanıyırdım, bizim məhəllədə yaşayırdı. Onu hər gün görür, təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini təxmin edirdim.

Tehrana gedən qatara mindik. İkinci dərəcəli altınəfərlik kupe idi. Bizdən əlavə üç sərnişin də vardı. Polislər digər sərnişinlərə bizim adi sərnişin olduğumuzu bildirməyə çalışır, mənim məhkum olduğumu göstərən bir hərəkət etmirdilər. Mən narahat idim ki, birdən sərnişinlər bir söz deyər, özlərinə problem yaradarlar. Bu, gözlənilən idi, çünki insanlar problem və şikayətləri barədə xüsusən gənc ruhanilərlə danışırdılar. Odur ki soyuqqanlılıqla və təbəssümlə üzümü sərnişinlərə tutub dedim: "Bu iki nəfər polisdir, mən də dustağam. Onlar məni Tehrana SAVAK-a aparırlar".

Bütün yolboyu sərnişinlərin üzündən həmrəylik əlamətləri getmədi. Onlar qəzəb dolu kədərli baxışlarını məndən çəkmirdilər.

Səhər tezdən Tehranın dəmiryolu vağzalına çatdıq. Polislər məni vağzaldakı bir polis köşkünə aparıb tapşırıqlarına dair xüsusi məlumatları sakit və gizli şəkildə söylədilər. Oradan zəng vurdular və çox keçmədən bir neçə nəfər gəlib məni apardı. Bir avtomobilə mindirib gözlərimi bağladılar, mənimlə kobud rəftar etməyə başladılar. Avtomobil Tehranın xiyabanlarından keçirdi, tıxacda dayananda əmr edirdilər ki, başımı ön oturacağın arxasına söykəyim.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin