Mirvariyə çevrilən ürək qanı


Müştərək komitənin həbsxanası



Yüklə 1,52 Mb.
səhifə99/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   95   96   97   98   99   100   101   102   ...   239

Müştərək komitənin həbsxanası


Avtomobil dayandı və biz yerə endik. Bir neçə addım gedəndən sonra gözlərimi açdılar. Bir neçə hüquq-mühafizə əməkdaşının olduğu bir otaqda idim. Məni qatarla gətirən iki nəfər də orada idi. Öz aralarında bir qədər pıçıldaşandan sonra biri dedi: "Paltarlarını çıxar!" Əmmaməmi, əbamı, qəbamı çıxardım. Əynimdə köynək-şalvardan başqa heç nə qalmadı. Mənə xüsusi köynək-şalvardan ibarət bir dəst dustaq geyimi verdilər. Onları geyindim. Həmin iki məmur mənə təəssüflə baxırdılar. Güman ki belə bir şey gözləmirmişlər. Onlara təbəssüm etdim.

Nəzarətçilər dedilər ki, dustaq köynəyimin ətəyini qaldırıb başıma keçirim və üzümü örtüm. Məni o halda otaqdan çıxardılar. Harada olduğumu bilmirdim. Böyük bir qapıya yaxınlaşdıq. Açılan zəncirlərin səsini eşidirdim. Sonra böyük bir zala girdiyimizi hiss etdim. Məni bir qapının önündə saxladılar. Qapını açıb məni içəri saldılar və qapını bağladılar. Köynəyimi aşağı çəkdim. Gördüm ki, zəif bir lampa yanan yarıqaranlıq bir kameradayam. İçəridə bir gənc vardı. Məni görüb çox sevindi. Adımı soruşdu. Cavab verəndən sonra çox təəssüflənib bir neçə dəfə təkrarladı: "Siz həqiqətən, Xameneisiz?!" Bunu deyib məni öpməyə başladı. Sonra dedi ki, iyirmi gündür həbs olunub və bu müddətdə tək qalıb. Qarşılığında mən də hörmətimi bildirdim, amma qəlbimdə ona güvənmədim. Siyasi həbsxanalarda adətən, belə edirlər. Hər bir ehtimal var. Bəzən bir dustaq gizli bilgiləri öyrənmək üçün adama hörmət edir. Mən yanında oturub onunla danışır, ona təskinlik verirdim. Təxminən iki aydan sonra onu başqa yerə apardılar. O, siyasi məhbus idi, amma islamçılardan deyildi.

Həbsxana Müştərək komitə1 həbsxanası adı ilə məşhurlaşmışdı, həmin il, ya da bir il öncə açılmışdı. SAVAK, polis və jandarmeriyadan ibarət üç orqana bağlı olduğuna görə belə adlanırdı. Xüsusən SAVAK-la polis arasındakı rəqabətə, şaha daha çox yaltaqlanmaqdan ötrü çoxlu məsələlərdə fəaliyyətlərinin bir-birinə qarşı yönəldiyinə görə bu komitəni yaratmışdılar. Nəticədə SAVAK-la polis vahid bir təhlükəsizlik komitəsində birləşirdi. Bəzi inqilabçı qüvvələr şəhərdən uzaqda fəaliyyət göstərdiklərinə və meşələrdə yerləşdiklərinə görə jandarmeriya da oraya əlavə olunmuşdu. Jandarmeriya şəhərlərdən kənardakı təhlükəsizlik işləri ilə məşğul olurdu.

Kiçik kamerada günlər çox çətin və ağır keçir, ora düşməyincə dərk etmək mümkün deyil. Kameranın bir günü ümumi həbsxananın bir ayına bərabərdir. O həbsxananın kamerasında qaldığım səkkiz ayı ümumi həbsxananın ən azı, səkkiz ilinə bərabər hesab etmək olar. Qeyd etməliyəm ki, Şəhid Rəcai bu vahiməli həbsxananın bir kamerasında iyirmi səkkiz ay qalmışdı.

Kameranın uzunluğu 2 metr 40 sm, eni isə 1 metr 60 sm idi. Mən bu kiçik kamerada bəzən tək, bəzən də bir, iki və ya üç dustaqla birgə qalırdım. Yəni 4 kv metrdən kiçik bir yerdə dörd nəfər qalırdıq! Kaş problem təkcə yerin darlığı olaydı; orada fiziki işgəncə və psixoloji təzyiq də vardı.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin